Oğrular qaçırdıqları avtomobili sahibinin xəstəliyini öyrəndikdən sonra qaytardılar - FOTO/VİDEO
Oğrular qaçırdıqları avtomobili sahibinin xəstəliyini öyrəndikdən sonra qaytardılar - FOTO/VİDEO
İtaliyada hüquq mühafizə orqanları bir müddət öncə qaçırılan və içərisində üzrxahlıq məktubu olan avtomobil aşkarlayıb.
Bu barədə "RİA Novosti" xəbər yayıb.
Bildirilir ki, avtomobil Bari şəhər xəstəxanasının həyətindən qaçırılmışdı. Zərərçəkənin qızı "Facebook"da paylaşım edərək "Fiat Doblo"nun dağınıq skelerozdan əziyyət çəkən anasının olduğunu deyib.
Avtomobil əlil insanlar üçün xüsusi təchiz olunmuşdu.
"Əlinizi ürəyinizə qoyun və onu bizə qaytarın", - deyə qız müraciət edib.
Onun müraciəti sosial şəbəkələrdə populyarlaşıb və belə görünür ki, maşını qaçıranlar da bunu görüb.
Bir neçə gündən sonra maşın tapılıb. Bari şəhərində bir kişi onu evinin yanında park edildiyini görüb, polisə xəbər verib. Ön oturacaqda hüquq mühafizə orqanları üzrxahlıq məktubu tapıblar.
"Bizim də ürəyimiz var, bağışlayın, sizin patologiyanız barədə məlumatsız idik", - deyə onlar bildiriblər.



Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb