Oğurladığı pulları mərc oyununda itirdi - FOTO
Oğurladığı pulları mərc oyununda itirdi - FOTO
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar və fevral aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı İslam Vəliyev yanvar ayının əvvəllərində rayon ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq, oradan bir ədəd "Grundig" markalı televizor və üç ədəd şüşə qab oğurlayıb.
Daha sonra o, fevral ayının 16-da başqa bir evə daxil olaraq, oradan bir ədəd "Arçelik" markalı televizor və "HP" markalı kompüter, fevralın 25-də isə digər bir evə gizli yolla daxil olaraq, oradan səkkiz ədəd büllur meyvə və şirniyyat qabları oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Dindirilmə zamanı İ.Vəliyev törətdiyi oğurluq hadisəsini etiraf edib. O, oğurladığı əşyaları 1200 manata satdığını, əldə etdiyi pulu isə mərc oyunlarında uduzduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.




Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb