Oğuzda selin yaratdığı fəsadlar aradan qaldırıldı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Oğuz rayonunda yerləşən yerli istismar idarəsi selə qarşı mübarizə tədbirləri həyata keçirir.
ADSEA-nın yerli istismar idarəsindən bildirilib ki, Qalaçay, Türyançay, Daşağılçay və digər dağ çayları mövsümlə əlaqədar daşaraq ətrafdakı kəndlərə, əkin sahələrinə ziyan vurur.
Rayon ərazisindəki yaşayış məntəqələri və əkin sahələrinin sel və daşqın sularından mühafizəsi məqsədi ilə istismar tədbirləri planına uyğun olaraq çay məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işləri həyata keçirilir. 2024-cü ilin əvvəlindən idarə tərəfindən tədbirlər planına uyğun olaraq ekskavator və buldozerlə 407 min m³ həcmdə çay məcrasının tənzimlənməsi işi görülüb.
Bundan başqa, Daşağılçayın sol sahilində daş-beton bənddə 100 m³ həcmdə cari təmir işləri görülüb.
2024-cü ildə idarənin əsaslı təmir planına əsasən, 2 ədəd subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması, 3 quyunun əsaslı təmiri planlaşdırılıb. Bundan əlavə, Həsənbəy kanalının 1660 pm hissəsinin beton üzlüyə alınması işi planlaşdırılıb. Cari təmir planına əsasən isə 400 m³ həcmdə daş-beton bəndinin təmiri, 20 ədəd subartezian quyularının cari təmiri və 2 km uzunluqda istismar yolunun təmiri aparılıb. / konkret.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi