Oljas Əmirjanov: "Ermənistan zəif qadın kimi etibarlı kişi axtarır"

Oljas Əmirjanov: Ermənistan canını Rusiyadan qurtarmağa çalışsa da, bu o qədər də asan məsələyə oxşamır. Strateji müttəfiqlər arasında yaranan fikir ayrılığı Ermənistanı Qərbə üz tutmağa vadar edib. Ermənistanın Rusiyanın patronajlığı altındakı təşkilatların iclaslarında iştirakdan imtina etməsi, Şimal qonşumuzu narahat etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, iki ölkə arasında münasibətləri diqqətdə saxlayan qazaxıstanlı politoloq Oljas Əmirjanov bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın Moskvaya getməkdən imtina etməsi İrəvanın Rusiya ilə bağlı tədbirlərdə iştirakını sistemli şəkildə azaltdığının bir daha sübutudur.
Səbəb isə İrəvanın hərəkətlərinə təkcə Parisdən deyil, həm də Vaşinqtondan nəzarət edilməsidir: "Vaşinqton Ermənistana tərəfdaş dövlət kimi yox, bir növ vassal qurum kimi baxır. ABŞ və İrəvanın bəzi bəyanatlarına əsasən, Ermənistanın əzmlə həyata keçirmək istədiyi müəyyən fəaliyyət planı var. Bunun müqabilində Birləşmiş Ştatlar ona öz nəzarətini və siyasi dəstəyini, o cümlədən maliyyə yardımını vəd edir. Üstəlik, Paşinyan yaxşı anlayır ki, Fransanın Cənubi Qafqaza təsir gücü yetərli deyil. Ermənistan zəif qadın kimi etibarlı kişi axtarır. İndi ermənilər ABŞ-ı daha güclü "kişi" hesab edir. Bu, Ermənistanın baş nazirinin düşünülmüş yanaşmasıdır. Prinsipcə, İrəvanın amerikalı sponsorları ilə fəal yaxınlaşması uzun müddətdir davam edir və dinamika sistematik şəkildə artır. ABŞ və Ermənistanın bu yaxınlarda keçirdiyi hərbi təlimləri xatırlayın. MDB məkanında bu cür mürəkkəb təxribatlarla ermənilərdən başqa kim öyünə bilər? Bu, sadəcə Moskvanı qıcıqlandırmaq üçün gündəmdə olan siyasi teatr deyil. Bu, Ermənistan hökuməti nümayəndələrinin Amerika Dövlət Departamenti və ABŞ-ın digər strukturları ilə fəal şəkildə əlaqələrini inkişaf etdirdiyinin real əlamətləridir".
Qazaxıstanlı poitoloqun fikrincə, ABŞ-ın planı Ermənistanın MDB, Aİİ və KTMT-dən çıxmasına nail olmaqdır.
"Avrasiya İqtisadi Birliyinə üzv ölkələr, xüsusən də Mərkəzi Asiyada iki cəbhədə açıq şəkildə oyun oynayan İrəvanın davranışından son dərəcə ehtiyatlanırlar. Bəli, Moskvanın hərbi-siyasi xətti aydın deyil. Lakin Ermənistanın Rusiya və MDB ölkələrinin tərəfdaşı və müttəfiqi olan ölkədən Qərbin agentinə sürətlə çevrilməsi müəyyən narahatlıq doğurur. Vaşinqtonun ABŞ-ın Ermənistanın ərazi bütövlüyünün keşiyində dayanması və onunla müxtəlif sahələrdə əməkdaşlıq etməsi ilə bağlı son bəyanatı Ermənistanın MDB ilə əməkdaşlığı dayandıracağına, Aİİ-dən çıxdığını elan edəcəyinə və Amerika hərbçilərini regiona dəvət etməsi ilə nəticələnək. Baxmayaraq ki, başlanğıcda onlar humanitar örtük altında olacaqlar. Düşünürəm ki, Vaşinqton İrəvana Kremlin əsas alətlərindən biri kimi MDB və Aİİ-nin strukturunu sökmək əmri verib. KTMT-dən çıxmaq kifayət qədər təxribat xarakterli hərəkətdir. Moskva bunu son dərəcə mənfi qəbul edə bilər. Deməli, Paşinyan bu addımı sona saxlayacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 09 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az xəbər.az ən son xəbərlər cəbhədən ən son xəbərlər