Ölkədə iqtisadi gərginliyi azaltmağın 5 yolu – Hökumət bunları etsə, nə dəyişər?

Ölkədə iqtisadi gərginliyi azaltmağın 5 yolu – Hökumət bunları etsə, nə dəyişər?"Ölkədə iqtisadi və sosial gərginlik artır. Qiymət artımları, real gəlirlərin inflyasiyanın gerisində qalması, sahibkarların üzləşdiyi vergi, rüsum, cərimə, icazə və lisenziya yükü iqtisadi aktivliyi zəiflədir. İş adamlarının narazılığı artır, gənclərin xaricə getmək istəyi güclənir, cəmiyyətdə gələcəklə bağlı narahatlıq dərinləşir.
Belə bir vəziyyətdə vətəndaşın sosial və iqtisadi baxımdan rahatlaması üçün hökumətin ata biləcəyi konkret addımlar var. Daha fundamental islahatlara ehtiyac olsa da, ən azı beş istiqamətdə qərarların qəbul edilməsi ölkədə iqtisadi fəallığın və ictimai gözləntilərin yaxşılaşmasına ciddi təsir göstərə bilər".
KONKRET.az xəbər verir ki, bu sözlərlə fikirlərini ifadə edən iqtisadçı Natiq Cəfərli beş bəndlik plan açıqlayıb.
Natiq Cəfərlinin təklif etdiyi "rahatlıq planı" belədir:
1) Quru səhədlərin açılması, sərhədyanı ticarətin canlandırılması,
2) Kiçik-orta sahibkarlar üçün ƏDV-yə düşməyən dövriyyənin 1 milyon manata qaldırılması, Bakı və Abşeronda dövriyyədən cəmi 4%, regionlarda isə 2%-lik vergi sisteminin tədbiqi, digər bütün ödənişlədin (DSMF xaric) ləğv edilməsi və paralel olaraq Dövlət vəsaiti hesabına aqrar və isvestisiya bankının təsis edilməsi – fermerlərə və istehsalla, xidmətlə birbaşa məşğul olub əlavə dəyər və iş yerləri yaradan sahibkarlara simvolik olaraq 2%-lə kreditlərin verilməsi (kreditlər ancaq kiçik-orta sahibkarlığı əhatə etməlidir),
3) Müxtəlif proqramlarla ölkədə 500 minə yaxın uşaqlara müavinatlar verilir, onların birləşdirilərək böyük və pilləli proqramın qəbulu, ikinci uşaqdan başlayaraq hər bir övlad üçün 100 manat dövlət dəstəyinin qəbul edilməsi,
4) Aşırı tənzimləmə üçün nəzərdə tutulan bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya, səlahiyyətlərinin kəskin azaldılması, onların məsləhətçi orqanlara çevrilməsi,
5) DSMF-də vətəndaşların yığım kapitalına çıxış imkanlarını (müxtəlif formalarda – bu məsələ ilə bağlı ayrıca qanunvericilik təşəbbüsü ilə çıxış edəcəyik) təmin etmək üçün qanunlara dəyişikliklərin edilməsi".
O bildirib ki, bu addımları ilin sonuna qədər atsaq, məmləkətdə vətəndaş rahatlayar, gələcəyə ümidi artar, ölkəmizin iqtisadi daralma burulğanından çıxmasına yardımçı olar:
"Azərbaycanın bir nömrəli problemi iqtisadi aktivliyin zəifləməsi, daralmasıdır – qalan hər şey bundan doğan nəticədir. Səbəb dəyişməsə, nəticəni dəyişdirmək mümkün olmaz…"
KONKRET.az

Sosial       Tarix: 13 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Xankəndidə müasir teleqüllə ucaldılır - Yeni görüntülər

Xankəndi şəhərinin yaxınlığında, Şuşa ilə üzbəüz mövqedə inşa olunan müasir teleqüllənin tikintisi davam edir.  " "a istinadən xəbər verir ki, dəniz səviyyəsindən 1 596 metr yüksəklikdə inşa edilən teleradio yayım

Azərbaycanlı gənc Polşada vəfat etdi

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. saytına istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib. Məlumata əsasən, mərhum işləmə

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub

Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən O. Həsənov polis əməkdaşları tərəfindən tutulub. Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığ

Diqqət! Banklar bu şəxslərə kredit verməyəcək

Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən fiziki şəxslərə kreditlərin verilməsi "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu, Mərkəzi Bankın normativ xarakterli aktları v

Banklar köhnə dollarları niyə qəbul etmir? – İqtisadçı səbəbi açıqladı

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illi

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumat

"Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm" - Sabir Rüstəmxanlı

"Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd sadəcə uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir". xəbər verir ki

Gəncədə 28 yaşlı şəxs bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Hilal İrzayev bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hadisənin kim və ya kimlə


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler son xabarlar kriminal bugun cebheden xeber