"Ölkədə yüzminlərlə işsizin olduğunu demək doğru deyil" – Natiq Cəfərli
Gənclərin işlə təmin olunması ən aktual problemlərdən sayılır. Xüsusilə ali savadlı gənc kadrların iş tapa bilməməsi cəmiyyətimizi narahat edən başlıca mövzulardandır.
Bəs çıxış yolu nədir? Problemin köklü həlli üçün hansı addımlar atılmalıdır?
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı KONKERT.az-a açıqlamasında bildirib ki, ölkədəki işsizliklə bağlı rəsmi statistika real vəziyyətə adekvat deyil:
"Rəsmi statistikada işsizlik səviyyəsi 5,5-,5,6 faiz göstərilir. Reallıq isə tamamilə fərqlidir. Amma bu, o demək deyil ki, ölkədə yüzminlərlə işsiz var. Xeyr! Səbəb isə odur ki, əmək bazarında rəsmi qeydiyyatdan keçməyən müvəqqəti iş yerləri çoxluq təşkil edir. İnsanlar müvəqqəti iş tapa və qeydiyyatsız işləyə bilirlər".
Ali savadlı kadrların işsizlik probleminə də toxunan ekspert bunları deyib:
"Ali savadlı gənc kadrların işsizlik probleminin mövcudluğu danılmaz faktdır. Səbəblərdən biri odur ki, universitetlərin sayı çoxdur, onların yetişdirdiyi mütəxəssislərə tələb isə minimum səviyyədədir. Bu gün əmək bazarında iş axtaranlar əsasən ali təhsilli mütəxəssislərdir. Bu qəbildən olan gənclərin işlə təmin olunmasında Məşğulluq mərkəzlərinin də məsuliyyəti az deyil. Adıçəkilən qurum insanları öz ixtisaslarına uyğun sahələrə yönəltməlidir. Son illər müşahidə olunan "beyin köçü"- savadlı kadrların Avropa ölkələrinə axını isə müvafiq qurumlardan məsələyə köklü yanaşma sərgiləmək tələb edir".
Vaqif Nəcəfov,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR