Ölümcül səhv: İdman edənlər, diqqətli olun

Ölümcül səhv: İdman edənlər, diqqətli olunTürkiyədə idmanla məşğul olanların üstünlük verdiyi protein tozları və enerji içkilərinin ciddi sağlamlıq problemlərinə səbəb olduğu gündəmə gətirilib. Mütəxəssislər resepti olmayan məhsullara diqqət çəkərək, əzələ üçün qəbul edilən maddələrin ölümcül nəticələrə səbəb ola biləcəyini bildiriblər.
KONKRET.azxəbər verir ki, Daxili Xəstəliklər Mütəxəssisi Dr. Ayça Kaya zülal tozlarının əzələ kütləsini və gücünü sürətlə artırdığına dair real olmayan bir inancın olduğunu ifadə edib:
"Həddindən artıq zülal qəbulu böyrəklərin iş yükünü artıra və böyrək funksiyalarını poza bilər. Həzm problemləri ilə yanaşı, osteoporoz və allergik reaksiyalara da səbəb ola bilər. Üstəlik, bu məhsullardan istifadə edərkən kifayət qədər su ilə dəstəklənməzsə, orqanizmdə su çatışmazlığına səbəb olacaq. Ona görə də protein tozu və enerji içkilərindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir".
Kardiologiya mütəxəssisi Prof. Dr. Mustafa Kamal Erol da təbii zülal qəbul etməyi məsləhət görüb.
"Enerji içkilərinin tərkibində aritmiyanı tətikləyən maddələr var. Ona görə də heç vaxt enerji içkilərini tövsiyə etmirik. İdman edərkən təbii zülal qəbul etmək vacibdir. Reseptsiz məhsullar qəbul etdikdən sonra aritmiya və ürək döyüntüsü şikayəti ilə qəbulumuza xəstələr gəlir. Onlar məşq etməyi dayandırdıqda bir ay ərzində əvvəlki vəziyyətinə qayıdırlar. Mən dəbdəbəli paketlərdə satılan protein tozlarını qətiyyən tövsiyə etmirəm", – həkim bildirib.//Publika.az

Sağlamlıq       Tarix: 09 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 canli sou xeberler xeber az son.xabar