Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat verdi

Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat verdiOmbudsman Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat verdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
"Tarix boyu təcavüzkarlıq, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirən erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımı aktları sırasında 31 mart soyqırımı xüsusi yer tutur. 1918-ci il mart ayının 30-da Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsinin müsəlmanlara ilk atəşi açması, bir gün sonra isə bolşevik-daşnak qruplaşmalarının azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etmələri ilə başlayan qanlı hadisələr nəticəsində erməni vandalları insanlıq əleyhinə cinayətlər törədiblər.
Ermənilər Bakı ilə yanaşı, Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktı törədiblər. Bütövlükdə isə, 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda qırğınlar kütləvi xarakter alıb, erməni dəstələri 50 mindən çox dinc sakinin həyatına son qoyublar. 
Hadisələr zamanı Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox, Zəngəzur qəzasının 115, Qars vilayətinin 98 kəndinin dağıdılması və yandırılması, çoxsaylı evlərin talan edilməsi, yüzlərlə günahsız insanın, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi erməni milllətçilərinin xalqımıza qarşı soyqırımı siyasətini əks etdirən konkret faktlar və acı tarixi həqiqətdir.
Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə yeksan edilib, 132 min azərbaycanlı amansızcasına öldürülüb.
Həmçinin, azərbaycanlılara məxsus məktəblərin, kitabxanaların, mədəniyyət ocaqlarının, Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyə"nin yandırılması, "Açıq söz", "Kaspi", "Baku" qəzetlərinin redaksiyalarının, eyni zamanda, "Təzəpir" məscidinin minarələrinin dağıdılması erməni vandalizminin daha bir nümunəsidir. 
1918-ci ildə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunub. 26 mart 1998-ci il tarixdə Prezident Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib, 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunmaqdadır.
Aparılmış araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanıb, həmçinin Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Qətlə yetirilənlərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Quba Soyqırımı Memorial Kompleksi erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlilləri özündə əks etdirir.
1918-ci ildə erməni quldur dəstələrinin Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər məhz soyqırımı cinayətidir. Minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilib. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. Soyqırımı cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada təsbit olunub.
Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır. Bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilib və odur ki, bu hadisələr beynəlxalq hüquq normalarına əsasən, soyqırımı kimi qiymətləndirilməlidir.
Tarixi faktlar göstərir ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qoyulması, habelə erməni millətçilərinin təcavüzkar iddiaları sonrakı dövrlərdə də davam edib. Belə ki, 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər azərbaycanlı qətlə yetirilib.
1988-ci ildən erməni millətçiləri yenidən fəallaşmağa başlayıblar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə başlayıb, soyqırımı cinayətləri törədib və bu gün də həmin təcavüzün ağır nəticələri davam edir.
Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların bütün fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulub. 
Ermənistanın silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı XX əsrin ən dəhşətli soyqırımlarından birini törədib və şəhəri viran ediblər. Xocalı şəhəri ilə yanaşı, erməni millətçiləri və terrorçuları Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də soyqırımlar, kütləvi qırğınlar törədiblər.  
Biz beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq dünya ictimaiyyətini – dövlətləri və beynəlxalq təşkilatları 31 mart - Azərbaycanlıların Soyqırımını tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq. Azərbaycanın BMT tərəfindən tanınan əzəli torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı təcavüzkar siyasət yeridərək çoxsaylı soyqırımı aktları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş fundamental hüquqları bərpa edilməli, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət mühakiməsinə cəlb olunmalı və cəzalandırılmalıdırlar. /oxu.az

Siyasi       Tarix: 19 mart 2020
f Paylaş

Oxşar xəbərlər

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun sou biznes xeber xeber.az son xeberler