Ombudsman BMT məruzəçilərinin Laçın yolu ilə bağlı bəyanatını pislədi

Ombudsman BMT məruzəçilərinin Laçın yolu ilə bağlı bəyanatını pislədi"Məlum olduğu kimi, insan hüquq və azadlıqlarının bəyan edildiyi təməl sənədlərindən biri olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi özündə irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təmini və ayrı-seçkiliyin qadağan olunması prinsiplərini ehtiva edir".
azxeber.com xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı yayılmış bəyanatına Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın münasibətində bildirilib.
"Hesab edirik ki, bu sənəd BMT-yə üzv dövlətlərlə yanaşı, BMT-nin insan hüquq müdafiə mexanizmi sisteminə aid olan qurumların da əsas istinad mənbəyi olmalıdır.
Lakin 30 il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, bir milyondan çox qaçqın və keçmiş məcburi köçkün insanların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, etnik təmizləmə, genosid və digər müharibə cinayətlərinə, itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtmasına ciddi maneə olan mina terroruna hər hansı bir reaksiya verməyən, susqunluq nümayiş etdirən və ya bilərəkdən göz yuman BMT-nin xüsusi məruzəçilərinin və ekspertlərinin qərəzli siyasi məqsədlərə xidmət edən və həqiqəti əks etdirməyən bəyanatlar verməsi ilk olaraq BMT tərəfindən müəyyən edilmiş norma və prinsiplərin heçə sayılması və ikili standartlar kimi qiymətləndirilməlidir.
Bununla bağlı beynəlxalq və regional insan hüquq müdafiə təşkilatlarına ünvanladığımız bəyanatlara əlavə olaraq, bir daha diqqətə çatdırmaq istərdik ki, Xankəndi-Laçın yolunda humanitar məqsədlərlə nəqliyyat vasitələrinin və Qarabağda yaşayan erməni əsilli sakinlərin keçidinə heç bir maneə yoxdur və Azərbaycan "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həmin yolda təhlükəsiz keçidi təmin etməkdədir.
Bu gün Azərbaycan öz vətəndaşlarının hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə BMT tərəfindən tanınmış suveren ərazisində "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi təsis edib. Eyni zamanda, Beynəlxalq Ədalət Məhkəməsi də özünün müvafiq qərarında bu addımın legitimliyini tanıyıb.
BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərini və müstəqil ekspertini bir daha öz fəaliyyətlərini BMT tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun həyata keçirməyə, ikili standandartlara yol verməməyə, regionda sülh quruculuğu prosesinə maneə törədən və vəziyyətin gərginləşməsinə şərait yaradan bəyanatlar verməkdən çəkinməyə, bölgədə davamlı olaraq təxribatlar törədən Ermənistana qarşı təsirli tədbirlər görməyə, Azərbaycanın sülh və təhlükəsizliyin təmin edilməsi üçün sərgilədiyi səylərə dəstək verməyə çağırırıq", - məlumatda vurğulanır.

Siyasi       Tarix: 08 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun bugünki xəbərlər en sonxeber metbuat xeberleri