Ombudsmandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

Ombudsmandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞAzərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistanın müharibə zamanı istifadə etdiyi kasetli bombaların partlaması nəticəsində mülki şəxsin həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
azxeber.com xəbər verir ki, daxil olan çağırışda deyilir:
"Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin, sosial, tarixi və mədəni, strateji əhəmiyyətli obyektlərin ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində həmin yerlərə ciddi ziyan dəymiş, çoxsaylı insan tələfatı və yaralanma halları baş vermişdir.
Məlumdur ki, 2020-ci il 6 oktyabr tarixində gecə saatlarında münaqişə zonasından uzaqda yerləşən, mülki əhalinin sıx yaşadığı Yevlax rayonu ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri də kaset tipli raket zərbələrinə məruz qalıb.
Təəssüflə bildiririk ki, 2022-ci il 1 fevral tarixində gecə saatlarında Yevlax rayonu ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov məhz kasetli bombanın partlaması və çoxsaylı qəlpə yarası alması nəticəsində həyatını itirib.
Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən törədilmiş çoxsaylı müharibə cinayətlərinin acı nəticələrini mülki əhali hələ də yaşamaqdadır. Ermənistanın partlamamış silahlarla, mina və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini verməkdən imtina etməsi isə daha çox tələfata səbəb olmaqla, insan hüquqlarına ciddi təhdid olaraq qalır.
Bu baxımdan beynəlxalq təşkilatları, xarici ölkələrin Ombudsman və milli insan hüquqları təsisatlarını regionda sülhə maneə yaradan Ermənistanın törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırıram".

Sosial       Tarix: 03 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az valyuta mezennesi son xeberler bugun şou biznes xəbərləri