Ömürlük həbs hökmünün detalları açıqlandı
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb.
Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnız Güllü, qızı Tuğyan və onun rəfiqəsi Sultan Nur Ulunun olduğu bildirilib. Kamera görüntülərinin araşdırılması nəticəsində həmin gün evə başqa şəxsin daxil olmadığı müəyyən edilib.
Məhkəmə hadisənin şahidi olan Sultan Nur Ulunun ifadəsini əsaslı hesab edib. O, ifadəsində Tuğyanın anasını arxadan bud nahiyəsindən tutaraq pəncərədən atdığını gördüyünü deyib. Şahid əvvəlki ifadəsində hadisə anını görmədiyini bildirsə də, sonradan bunu Tuğyanın ona zərər verəcəyindən və cinayəti onun üzərinə atacağından qorxması ilə izah edib.
Məhkəmə tibbi ekspertiza rəylərini də nəzərə alıb. Rəylərə əsasən, Güllünün ölümünə yüksəklikdən yıxılma nəticəsində aldığı ağır xəsarətlər, beyin qanaması və daxili orqanlarının zədələnməsi səbəb olub. Zəhərlənmə ehtimalını təsdiqləyən tibbi dəlil aşkarlanmayıb.
Qeyd edək ki, Tuğyan Ülkem Gülter oktyabrın 9-da anasını qəsdən öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmə onun cəzasında yüngülləşdirici hal tətbiq etməyib və həbsdə saxlanılmasına qərar verib.
Tuğyanın vəkili Merve Uçanok isə qərarın əsasən bir şahidin ifadəsinə söykəndiyini bildirərək hökmdən şikayət verəcəklərini açıqlayıb.
///Axşam.az/// / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür