On gün ərzində doqquz jurnalist HƏBS EDİLDİ
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal "Taliban" hərəkatının yaraqlıları tərəfindən on gün ərzində doqquz jurnalist heç bir izahat verilmədən həbs edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Sərhədsiz Reportyorlar" Təşkilatının hesabatında deyilir.
Təşkilat saxlanılan bütün jurnalistləri qeyd-şərtsiz azad etməyə çağırıb.
Qeyd edək ki, bəyanatda həbs edilən Əfqanıstan media işçilərinin adları da var.
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası (UNAMA) bildirib ki, jurnalistlərin həbsi altı əyalətdə həyata keçirilib:
"Bu ilin əvvəlində saxlanılan jurnalist Mortaza Behbudi və təhsil fəalı Matiullah Vesa faktiki olaraq "Taliban"ın nəzarətindədir".
Milli Jurnalistlər Birliyinin rəhbəri Məsrur Lütfinin sözlərinə görə, altı əyalətdə 9 jurnalistin həbsi Əfqanıstan media ictimaiyyətini təşvişə salıb.
Öz növbəsində "Taliban" hərəkatının nümayəndəsi Zabiullah Mücahid jurnalistlərin həbsinin onların fəaliyyəti ilə bağlı olmadığını bildirib.
İqbal Rzayev,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ