"Onlar da qardaşdırlar..." - Fotolar
"Bildiyimiz kimi, türkmən və Azərbaycan xalqları qardaş xalqlardır. Eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var – "Axaltəkə" və Qarabağ. Necə ki, biz qardaşıq, onlar da qardaşdırlar".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən özünə hədiyyə olunan atın təqdimatında deyib.
Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov:
Hörmətli cənablar. Əziz dostlar. Əziz dostum.
Biz türkmənlərdə deyirlər ki, "At xalqın dayağıdır". Türkmənlərin dediyi kimi, "At xoşbəxtlik gətirir". Atın adı "Taus"dur. Bu ad "Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!" mənasını ifadə edir.
Prezident İlham Əliyev dedi: Əziz qardaşım Qurbanqulu Məlikquliyeviçə bu gözəl hədiyyəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. "Axaltəkə" atı dünyada məşhurdur, türkmən xalqının, Türkmənistanın milli brendidir. Bütün cahanda gözəl ada layiq olan bir atdır və bu hədiyyə dostluq, qardaşlıq rəmzidir.
Xatırladaq ki, bu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə "Dostluq" adlı Qarabağ atını hədiyyə etmişdi.
17.07.2025
22.08.2025
f PaylaşKurslar.az kurslar [newsid: 0-123300]

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var