Onu buna görə vəzifəyə gətiriblərmiş
Mark Rutte ABŞ Prezidenti Donald Trampla dialoq qurmaq və alyans ətrafındakı gərginliyi azaltmaq bacarığına görə NATO-nun Baş katibi seçilib.
KONKRET.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.
Nəşr qeyd edir ki, Ruttenin bu keyfiyyətləri xüsusilə yanvar ayında – Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək niyyətindən danışdığı və NATO müttəfiqi olan Danimarkaya qarşı güc tətbiqini istisna etmədiyi vaxtda bərqərar olub:
"Həmin vaxt Rutte NATO-nun Qrenlandiyadakı təlim planlarını alyansın Arktikadakı yeni missiyası kimi təqdim edərək vəziyyəti yumşalda bilib. Məlumata görə, Tramp bundan sonra hədələrindən müvəqqəti əl çəksə də, pərdəarxası danışıqlar Danimarka tərəfində qıcıq və etmadsızlıq yaradıb".
Xatırladaq ki, Baş katib Mark Rutte NATO-nun iyulun 7-8-də Ankarada keçiriləcək sammiti ərəfəsində Vaşinqtonla münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün bu gün ABŞ-yə səfər edib.
Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir, lakin 2009-cu ildə geniş muxtariyyət qazanıb. Buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp adanın Birləşmiş Ştatların milli təhlükəsizliyini təmin etmək üçün mütləq onun ölkəsinin tərkibinə daxil edilməli olduğunu dəfələrlə bəyan edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK