Oqtay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi
Oqtay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva "Turan TV"-yə müsahibəsində ərinin müalicəsinin tam həkim nəzarətində olduğunu deyib.
O həyat yoldaşının səhhətində yaxşılaşma olduğunu diqqətə çatdırıb.
"Artıq əllərini hərəkət etdirir, nəsə demək istəyir. Həkimlər səs tellərinin düzələcəyini də deyiblər", - deyə Firuzə.Gülalıyeva qeyd edib.
Onun sözlərinə görə, dövlətin, Heydər Əliyev Fondunun dəstəyi olmasaydı, Oqtay Gülalıyev aramızda deyildi.
Firuzə Gülalıyeva Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya göstərilən dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə Heydər Əliyev Fondu 2019-cu il noyabrın 4-dən etibarən zəruri dəstək göstərir.
Hadisədən sonra ailəsinin etdiyi müraciət nəzərə alınaraq, Oqtay Gülalıyevin Bakıdakı müalicəsi üçün Heydər Əliyev Fondu tərəfindən xaricdən əlavə mütəxəssislər də cəlb edilib.
Daha sonra ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən o, 2019-cu il noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında ayrılmış xüsusi ambulans təyyarə ilə İstanbula aparılıb, burada Fondun maliyyə dəstəyi ilə Avrasiya və Amerikan xəstəxanalarında müvafiq əməliyyatlar həyata keçirilmiş və müalicə kursu təşkil edilib.
Həkimlərin rəyinə əsasən, Oqtay Gülalıyevin müalicəsi artıq ev şəraitində davam etdirilir. Bir il ərzində Oqtay Gülalıyevin müalicəsinə təşkilati və maliyyə yardımı göstərən Heydər Əliyev Fondu Oqtay Gülalıyevin Bakıda evində müalicəsinin təşkili üçün müvafiq şəraitin yaradılmasına da kömək edib. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar