Orbanın "A planı" Avropa Parlamentini qəzəbləndirdi – Macarıstan Ukraynaya görə cəzalandırılır
"Avropa Parlamentinin (AP) Macarıstanla bağlı qəbul etdiyi qətnamə qurumda diktaturanın hökm sürdüyünü göstərir".
KONKRET.az xəbər verir ki, bu fikri yanvarın 19-da Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.
"Qəzəbli dəlilik! Dünən Avropa Parlamenti Aİ-nin nə dərəcədə utancverici bir diktatura qurduğunu göstərdi. Bu isə onu tələb edir ki, bu təşkilat tezliklə ləğv edilməlidir", – deyə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Qeyd edək ki, Macarıstan Aİ-nin fundamental dəyərlərinə sistemli şəkildə zərbə vurmaqda ittiham olunur.
Avropa Parlamenti Aİ Müqaviləsinin 7.2-ci maddəsinə əsasən Macarıstana qarşı təhqiqata başlayıb. Tədqiqat yekunlaşdıqdan sonra Macarıstan bu təşkilatda səsvermə hüququnu itirə bilər.
Brüsselin Budapeştə təzyiqi onunla bağlıdır ki, Macarıstanın baş naziri Viktor Orban ötən ilin dekabrında Ukraynaya 50 milyard avro məbləğində 4 illik maliyyələşdirmə təklifinə veto qoyub.
Yanvarın 10-da Orban bəyan edib ki, Avropa Komissiyası birliyin fevralın 1-nə planlaşdırılan fövqəladə sammiti üçün Aİ büdcəsindən kənar Ukraynaya yardım ayırmaq üçün "B panı" hazırlayır. Macarıstanın baş naziri bu qərarı yaxşı qərar adlandırıb və Avropa Komissiyasının "B planı"nın Macarıstanın "A planı" olduğunu vurğulayıb.
Ertəsi gün "Politico" xəbər verib ki, Macarıstan Aİ-nin Ukraynaya yardım planını təsdiq edə bilər.
Aİ liderləri Macarıstanın Baş nazirinə Budapeştin fevralın 1-dən əvvəl Kiyevə 50 milyard avroluq yardım ayırmasına veto qoyması qərarını ləğv etməsi üçün təzyiq göstərməyə çalışırlar.
Yanvarın 17-də Macarıstan Milli Assambleyasının üzvü, sağçı "Bizim Vətən" partiyasının lideri Laslo Torockay ölkəsinin Aİ Şurasında səsvermə hüququndan məhrum edilməsini qəbuledilməz adlandırıb. O həmçinin bildirib ki, Avropa İttifaqı demokratiyanı boğaraq, ifrat liberallar imperiyasına, diktaturaya çevrilir: "Macarıstan səsvermə hüququnu itirərsə, dövlətimiz Aİ büdcəsinə öetdiyi ödənişləri dayandıracaq".
Natiq Səlim,
KONKRET.az

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı