Orduların reytinq cədvəli hansı kateqoriyalar üzrə aparılır? - Ekspertdən maraqlı açıqlama

Orduların reytinq cədvəli hansı kateqoriyalar üzrə aparılır? - Ekspertdən maraqlı açıqlamaDörd il əvvəl silahlı qüvvələrimiz Ermənistan ordusunu darmadağın etdikdən sonra Azərbaycan əsgərinin gücü hər kəsə bəlli oldu. O da bəlli oldu ki, müasir silahlarla təhciz edilən Azərbaycan ordusu istənilən döyüş tapşırığını yerinə yetirmək gücündədir. Elə buna görə də,  dünya reytinq cədvəlində Azərbaycan ordusu 29-cu yerə yüksəlib.  Bəs orduların reytinq cədvəli hansı kateqoriyalar üzrə aparılır?
KONKRET.az-ın suallarını cavablandıran  hərbi ekspert Səxavət Məmməd bildirdi ki, burada əsasən  ölkə əhalisinin sayı nəzərə alınır:
Orduların reytinq cədvəli hansı kateqoriyalar üzrə aparılır? - Ekspertdən maraqlı açıqlama "Daha sonra ehtiyat qüvvələr, xidmətdə olan personalın və xidmətə yararlıların sayı əsas götürülür.  Bundan sonra  ordunun tərkibindəki qoşun növlərinə görə reytinq müəyyən edilir. Həm  döyüş texnikalarının, həmçinin tankların, təyyarələrin, raketlərin sayı da önəmli rol oynayır. Bütün bunların hamısı hesablanaraq konkret reytinq çıxarılır".
Daha sonra  Azərbaycan ordusunun reytnq cədvəlində irəlləməsindən danışan ekspert bildirib ki, buna səbəb ölkə rəhbərinin bəzi açıqlamaları və alınan yeni hərbi texnikalardır:
 "Prezident İlham Əliyev bir neçə dəfə açıqlama verdi ki, Azərbaycan ordusunun tərkibində xüsusi təyinatlılar, komando bölmələrinin sayı artırılır və ordu inkişaf edir. Bundan əlavə, Azərbaycan ordusu Çexiyadan "Tida" haubitsaları, Pakistandan JF-17C qırıcı təyyarələri alıb. Bunların hamısı Azərbaycan ordusunun reytinqinə təsir edir. Əslində bir çox insanlar elə düşünür ki, reytinq cədvəli ordunun həm də döyüş qabiliyyətini göstərir".
Səxamət Məmməd əlavə edib ki, bəzən reytinqi izləyən insanlarda belə bir təəssürat yaranır ki, bəzi göstəricilərə görə filan ölkə başqasını yenə bilər. Onun sözlərinə görə əslində bu belə deyil:
"Bu reytinq cədvəli sadəcə olaraq saylara görə nəzərdə tutulur. Reytinq cədvəlində heç vaxt ordunun döyüş qabiliyyəti qətiyyən nəzərdə tutulmur. Məsələn ABŞ-nin döyüş qabiliyyətinə və ordunun reytinqinə fikir verin. Eyni zamanda Əfqanıstanın da  reytinqinə baxın.  Amerika Əfqanıstanda istədiyinə nail ola bilmədi və oranı tərk etdi. İndiki dönəmdə  Rusiyanın və Ukraynanın reytinqinə diqqət edin. Reytinqə görə Rusiya bir neçə dəfə Ukraynadan güclüdür. Amma müqavimət məsələsi tamamilə fərqlidir. Ümumiyyətlə kiçik dövlətlər həmişə çalışırlar ki, müharibələrdə böyük dövlətlərə daha çox zərər versinlər. Bu da həmişə böyük dövlətlər üçün problem yaradır".
Daha sonra Azərbaycan ordusunun inkişafından danışan ekspert, Silahlı Qüvvələrin döyüş hazırlığına ciddi fikir verildiyini bildirib:
" Azərbaycan ordusunun inkişafı, orduya  dövlətin yanaşması da göz qabağındadır. Azərbaycan maksimum ordunu inkişaf etdirməyə çalışır.  Hətta  parlamentdəki çıxışı zamanı Prezident İlham Əliyev  bildirdi ki, bizim bir nömrəli hədəfimiz ordunun inkişafıdır. Əvvəl Azərbaycanın  əlində silahlar və aviavasitələr var idi. İndi hərbi arsenalımıza Pakistandan alınan JF-17C-lər əlavə olunanda Azərbaycanın  reytinqinə təsir etdi və ölkəmizi bir neçə pillə qabağa atdı. Reytinq cədvəlində irəlləmə yaxşı göstəricidir. Amma reytinq cədvəli aldadıcı olmamalıdır".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 31 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


son xeberler yeni xeberler azerbaycan xeberleri sosial yardim axsam az xeberler dunya xeberleri son xeber 2026