Ordumuzun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərə başlayıb - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəxsi heyətin döyüş meydanında hədəfləri ilk atəşlə məhv etmək vərdişlərinin təkmilləşdirildiyi məşğələlər davam edir.
Əlahiddə Ümumqoşun Ordunun birləşmələrindəki Təlim-Tədris Mərkəzlərində mövcud olan müxtəlif məşq qurğularında şəxsi heyətin mərmi və yanacaq sərf etmədən qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilən tapşırıqların icra vəziyyəti ilə qiymətləndirilir.
Məşğələlərdə əsas diqqət zirehli texnikaların ekipajlarına 44 günlük Vətən müharibəsində döyüş sahəsində qazanılmış təcrübənin mənimsədilməsinə yönəldilib.
Hazırda təlim mərkəzlərində heyətlərin döyüş əməliyyatları zamanı tankları, piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir, zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi icra edilir, müxtəlif manevrlər və atışlar həyata keçirilir..

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR