Ordunun Ali Baş Komandanı: "Özünü super güc adlandıranlar da İrana hücum etməyə qorxurlar"
Fövqəldövlət iddiasında olanlar belə İrana hücum etməyə cəsarət etmirlər.
KONKRET.az "Press TV"yə istinadən xəbər verir ki, bunu İran ordusunun baş komandanı, general-mayor Əbdülrəhim Musəvi deyib.
O, bildirib ki, düşmənlər İranı parçalamaq, qeyri-sabitlik yaratmaq, iqtisadiyyatı və istehsalı pozmaq, ölkənin elmi-texniki tərəqqisinə mane olmaq istəyirlər. Lakin onlar heç vaxt öz "şər məqsədlərinə" nail ola bilməyəcəklər. Əbdülrəhim Musəvinin sözlərinə görə, düşmənlər İranı bürüyən son iğtişaşlar zamanı əllərindən gələni edib. Üsyançıları təşkilatlandırıb, kəşfiyyat və maliyyə xidmətləri göstəriblər.
General xatırladıb ki, amerikalılar 10 il bundan əvvəl İranda öz məqsədlərinə çatmaq üçün smartfon və proqramlardan istifadə etdiklərini etiraf ediblər. "Özləri deyirdilər ki, milyonlarla internet istifadəçisi onların əsgəridir. Biz ayıq-sayıq olmalıyıq", – deyə baş komandan əlavə edib.
Musəvi İran xalqının ölkənin əldə etdiyi nailiyyətləri və müstəqillik yolunu dərk etməli olduğunu qeyd edərək bildirib ki, düşmənlər İranın gücü və imkanlarından qorxurlar.
Günel Mikayılova,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü