"Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür" - Prezident
Zirvə Toplantısının yaxşı nəticələri Qazaxıstanın beynəlxalq arenada oynadığı rolun və yüksək nüfuzunun daha bir nümayişidir".
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə bildirib.
Heydər Əliyevin xatirəsinə dərin ehtirama və qəbul edilmiş qərarlara görə qazaxıstanlı həmkarına təşəkkür edən dövlət başçısı, həmçinin Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq deyib:
"Zənnimcə, Sizin səfərinizdən sonra artıq yaxşı nailiyyətlər, nəticələr var, biz indi bu barədə danışacağıq, həm nəqliyyat sahəsində, həm də digər sahələrdə".
Orta Dəhlizin inkişafı ilə bağlı məsələləri zamanın hökmü kimi dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir.
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü