Oruc tutmaq hansı halda təhlükəlidir?
Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər.
KONKRET.az xəbər verir ki, hipertoniya, damar tıxanıqlığı və ürək çatışmazlığı olanlara duz və xolesterindən uzaq durmağı tövsiyə edən həkim Gökhan Ceyhun orqanizmin ac qalmağa tədricən öyrəşməsinin vacibliyini vurğulayıb.
Ürək çatışmazlığı olmayan, ürək əzələsinin yığılma gücü 50-55 %-dən yüksək olan şəxslərin oruc tutmasının problem yaratmayacağını bildirən Ceyhun uzun müddət ac qaldıqdan sonra iftarda yüksəkkalorili və yağlı yeməklərin birdən-birə qəbulu ilə qan şəkərinin və yağ səviyyəsinin kəskin artmasının ürəyə mənfi təsir edə biləcəyini qeyd edib. Ürək çatışmazlığı olanların uzun müddət susuz qalmasının böyrəklərə əlavə yük gətirə biləcəyini və bu səbəbdən onların oruc tutmasının tövsiyə edilmədiyini vurğulayıb.
Həkim Ramazan ayında infarktların əsasən iftar və sahurdan sonra baş verdiyini bildirib. O bunu uzunmüddətli aclıqdan sonra nəzarətsiz yemək vərdişləri ilə əlaqələndirib.
Gökhan Ceyhun həm ürək xəstələrinin, həm də sağlam şəxslərin iftarda daha nəzarətli qidalanmasının və qida qəbulundan sonra fiziki aktivliyə diqqət etməsinin vacibliyini qeyd edib.//Musavat.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var