Oskanyan Paşinyanı sülh müqaviləsindən imtina etməyə çağırır - Ermənistan ciddi təhlükə astanasında

Oskanyan Paşinyanı sülh müqaviləsindən imtina etməyə çağırır - Ermənistan ciddi təhlükə astanasındaUzun müddət Ermənistanın xarici siyasətinə rəhbərlik edən Vardan Oskanyan son vaxtlar daha da fəallaşıb. Əsasən, "Facebbok" sosial şəbəkəsini özünə tribuna seçən Oskanyan mütəmadi olaraq Ermənistanın xarici siyasətini analiz edir və Paşinyanın mövqeyinə öz iradını bildirir. İctimai rəyə hesablanan bu açıqlamalar məqsədli şəkildə tirajlanır. Özünü ağıllı diplomat kimi təqdim edən Oskanyan hakimiyyətdən xüsusi səlahiyyət tələb edir və danışıqlarda Ermənistanı öz diplomat dəstəsilə təmsil etmək niyyətindədir.
Analoqu olmayan təklif bir qədər bəsit görünür və Oskanyanın dövlət içində dövlət yaratmaq cəhdi açıq-aydın hiss olunur. Lakin hakimiyyətin ironiya ilə yanaşdığı bu təkliflər sadəcə qoca bir adamın sayaqlaması kimi qəbul edilir. Oskanyan isə dayanmaq bilmir.
O, dünən özünün "Facebook" səhifəsində yazdığı açıqlamaları ilə yenidən gündəmə gəlib:
"Hələ də həll olunmayan Ermənistan – Azərbaycan münaqişəsində biz ermənilərin əlində yalnız bir vasitə var. Bu da sülh müqaviləsindən imtina etməkdir. Təbii ki, bu rıçaq xeyli zəifləyib, çünki Ermənistanın hakimiyyət orqanları hansı sənədi imzalayacaqlarını əvvəlcədən bəyan ediblər. Onlar artıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu əvvəlcədən bildiriblər. Amma bütün bunlara baxmayaraq, həmin bəyənatların hüquqi əsası yoxdur. Çünki hər şey şifahidir, yazılı şəkildə öz əksini tapmayıb. İndi həmin variantlardan maksimum istifadə etmək imkanımız qalır. Ancaq bundan elə istifadə etməliyik ki, yeni bir müharibəyə səbəb olmasın. Bu imkandan istifadə üsulu ciddi təhlükələr ehtiva edir, müharibə ehtimalı günü-gündən artır. Açığı, Nikol Paşinyanın nə düşündüyünü bilmirəm. Siyasi şərhçilər onun heç vaxt sülh müqaviləsinə imza atmayacağını, bəziləri isə bir gün əvvəl imzalamağa tələsdiyini deyir. Hər halda hesab edirəm ki, Paşinyan üçün belə bir sənədi imzalamaq asan olmayacaq. Ona görə də mən sadəcə xahiş edirəm, yalvarıram ki, bugünkü danışıqlara yanaşmanı dəyişin. Ermənistan ciddi təhlükə astanasındadır".
Daha sonra BMT TŞ-də heç bir sənədin qəbul edilməməsinə toxunan keçmiş XİN başçısı bunu Ermənistan üçün çox ciddi məğlubiyyət adlandırıb. TŞ-dən gözləntiləri böyük olan erməni xalqının dünya birliyindən rədd cavabı alması Oskanyanı qayğılandırır:
"Erməni cəmiyyəti ümidlərlə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını gözləsə də, toplantı bizim üçün məyusluqla başa çatdı. Heç bir qətnamə və ya bəyanat qəbul olunmadı. Bundan sonra da Azərbaycanı Laçın yolunu açmağa məcbur edəcək qətnamənin olub-olmayacağı sual altındadır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 29 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou azerbaycanda son xeberler son xəbərlər bugün 2026 en son xeberler