"Oskar" almağa ən real namizəd olan filmin qəhrəmanlarının geyim sirləri açıqlandı

"Oskar" almağa ən real namizəd olan filmin qəhrəmanlarının geyim sirləri açıqlandı"Oskar" almağa ən real namizəd olan filmin qəhrəmanlarının geyim sirləri açıqlandı
"Oskar-2020" mükafatına ən real namizədlərdən sayılan Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filmində qəhrəmanların geyimini hazırlayan rəssam Arianna Fillips personajların daşıdığı talismanlar barədə danışıb.
Bu barədə "Collider" xəbər verib.
Bildirilir ki, xanım rəssam əsərin qəhrəmanlarının mahiyyətini açmağa kömək edən kiçik detallar yaradıb.
Məsələn, Rik Dalton (Leonardo Di Kaprio) bir tərəfində Tüdor qızılgülünün üslubunda təsvir (VII Henrix hakimiyyəti dövründə İngiltərə və Hempşir emblemi - red.), digər tərəfində isə "R" hərfi şəklində monoqram olan (kəmərdə də eyni dizayn var) medalyon taxır.
"Belə aksesuarları seçən insanın özünə inamının daha yüksək olduğu güman edilir, buna görə Rik üçün bu üsulu çox bəyəndim", - deyə sənətçi seçiminə aydınlıq gətirib.
"Oskar" almağa ən real namizəd olan filmin qəhrəmanlarının geyim sirləri açıqlandıLakin Fillips komandası Di Kaprionun personajının kəmər taxdığı zaman boyunbağının Tüdor naxışı olan istiqamətə dönməsinə diqqət etməli olurdu. Lentin yaradıcılarına görə, bir çərçivədə iki monoqram - hətta narsist Dalton üçün də artıq olardı.
Klif Butun (Bred Pitt) da kəməri özünəməxsusluğu ilə seçilib. Bildirilir ki, kostyum üzrə rəssam içində minlərlə köhnə kəmərlər olan qutuları çeşidləyərkən, "Kaskadyorlar Birliyinin"  (Stuntmen"s Association) 60-cı illərə aid embleminin təsviri olan birini tapıb.
Ancaq Bred Pittin xarakterinin ən diqqətəlayiq xüsusiyyəti, şübhəsiz ki, Havay tipli köynəyi olub. Onun dizaynı Tarantino və Fillips tərəfindən hazırlanıb.
"Oskar" almağa ən real namizəd olan filmin qəhrəmanlarının geyim sirləri açıqlandı"Təsəvvür belə edə bilməzsiniz ki, oxşar bəzəyi olan nə qədər vintaj köynəyə baxmışam. Sonda, biz bu rəsmlərdən birini əsas götürdük və onun özünəməxsus üslubda olması üçün Asiya motivi əlavə etməklə formasını dəyişdirdik", - deyə Arianna Fillips bəyan edib.
Şeron Teyt rolunu oynayan Marqo Robbinin kostyumlarının konsultantı kimi elə personajın doğma bacısı Debora iştirak edib. O, çəkiliş üçün aktrisanın bəzi bəzək əşyalarını və aksesuarlarını təqdim edib.
"Filmdə Marqo Robbi əsl Şeron Teytə məxsus olan üzük və sırğaları taxır", - deyə Fillips əlavə edib.
"Oskar" almağa ən real namizəd olan filmin qəhrəmanlarının geyim sirləri açıqlandıQeyd edək ki, əyləncə sahəsində proqnozları ilə tanınan "Gold Derby" saytının analitiklərinin 2020-ci ildə "İlin ən yaxşı filmi" nominasiyası siyahısında Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filmi Martin Skorsezenin "İrlandiyalı" kriminal dramından sonra ikinci yerdədir.

Maraqlı       Tarix: 05 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər