Öz vətəninin maraqlarını satmaq qəbuledilməzdir' - Fazil Mustafa

Öz vətəninin maraqlarını satmaq qəbuledilməzdir' - Fazil Mustafa"Ümumiyyətlə Avropada yaşayan bu şəxslər barədə "mühacir" sözünü işlətmək tamamilə yanlışdır. Bu, o zaman bizim 1918-20-ci illərdə mühacirətə getmiş dəyərli şəxsiyyətlərimizə qarşı hörmətsizlik kimi qəbul edilə bilər".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Avropada siyasi mühacir həyatı yaşayan, özlərini "bloger" adlandıran, hətta bir-birlərini ifşa edən şəxslərdən danışarkən deyib.
Deputat bildirib ki, öz ölkəsinin əleyhinə hansısa xarici xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edən şəxs mühacir olmur:
"Mühacir bəlli bir vətən qarşısında missiyasını yerinə yetirir, öz ölkəsinin əleyhinə hansısa xarici xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etmir. Mühacir anlayışına bir daha baxmaq lazımdır. Bu baxımdan da özünü "bloger" adlandıran həmin şəxslər əvvəllər də özlərini ifşa edirdilər. Çünki mənfəət üzərində qurulan bir münasibət sistemi həmişə pozulanda bu cür ifşa etmə kampaniyaları başlayır. Təbii ki, bunlar səbəbsiz deyil. Onlar təkcə Azərbaycanla deyil, yaşadığı ölkənin xüsusi xidmət orqanlarıyla da sıx əlaqədədirlər. Çünki belə rahatlıqla hansısa bir fəaliyyətlə məşğul olmaq mümkün deyil. Bu durumda Azərbaycandan da onları maliyyələşdirən hansısa bir mənbələr varsa, bu faktı dövlət orqanları dərhal üzə çıxarmalıdır və məsuliyyətə cəlb etməlidir. Bu, həm də ölkəmizə qarşı bir təxribatdır. Təxribat prosesinin iştirakçısı olan hər kəsə layiqli cəzası verilməlidir".
Parlament üzvü əlavə edib ki, Azərbaycan indiki məqamda Fransa və onun addımlarını ifşa etməlidir:
"Biz indiki vəziyyətdə bu halı xüsusi diqqətə almalıyıq ki, ölkəmizə qarşı Ermənistanın maraqlarını müdafiə edən Fransa və onun addımları ifşa olunmalıdır. Hətta Fransada yaşayan elə insanlar var ki, bu ölkənin hansısa bir siyasətinə qarşı, xüsusilə də Qarabağı işğaldan azad etməyimizə yönəlmiş ittihamların qarşısında heç bir fikir səsləndirməyiblər. Onlar öz vətənlərinə artıq düşmən kəsilmiş şəxslərdir. İndi də onların maraqları bir az təmin olunmadıqda bir-birini ifşa edirlər. Bu da tarixi bir gerçəklikdir. Belə əməllər törədənlərin şərəfli sonu olmur. Çünki ola bilər ki, xaricdə yaşayırsan, ölkənin daxilində baş verən nədənsə narazı ola bilərsən, amma öz vətəninin maraqlarını satmaq deyə bir davranış içində olmaq qəbuledilməzdir və hər zaman qınanılacaqdır".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 03 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun cəbhədən son durum son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər