Özcan yenidən Bakıda konsert verdi - FOTOLAR
Özcan Deniz Bakıda unudulmaz konsert proqramı ilə çıxış edib.
azxeber.com xəbər verir ki, musiqisevərlərin böyük marağına səbəb olan möhtəşəm gecə boyunca Özcan Dəniz repertuarının ən sevilən və dillər əzbərinə çevrilən hit mahnılarını səsləndirərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Bütün mahnılarını canlı ifa edən sənətçi səmimi davranışı və səhnə enerjisi ilə dinləyiciləri coşdurub. Hər ifadan sonra izləyicilərin gurultulu alqışları zalı bürüyüb.
Sevilən müğənni Bakı tamaşaçıları üçün yeni mahnısı olan "Arabesk"i də söyləyib.
Ara-sıra tamaşaçılarla səmimi ünsiyyət quran ulduz qonaq tezliklə yenidən paytaxt Bakıya konsert proqramı ilə gələcəyini də bildirib: "Mənim üçün Bakı səhnəsində çıxış etmək çox xüsusi bir duyğudur. Buradakı tamaşaçıların sevgisi, enerjisi və səmimiyyəti məni dərindən təsirləndirdi. Bu gecə yaddaşımda qalacaq və çox tezliklə yenidən görüşəcəyik".
Konsertin sonunda tamaşaçılar sənətçini ayaqüstə alqışlayaraq, uzun müddət səhnəni tərk etməsinə imkan vermədilər. Gecə musiqi, sevgi və səmimiyyət dolu ab-hava ilə yadda qalıb.



Kurslar.az kurslar [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib