Özəl bağçalarla maliyyələşmə müsabiqəsi müzakirə olundu
Məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi ilə bağlı özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Kənan Kərimzadə çıxışında məktəbəqədər təhsilin uşaqların inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, erkən yaşlarda təhsilə qoyulan investisiya gələcəkdə cəmiyyət üçün daha böyük fayda verir. Nazir müavini əlavə edib ki, beynəlxalq qiymətləndirmələrin nəticələri də məktəbəqədər təhsil almış uşaqların sonrakı təhsil göstəricilərinin daha yüksək olduğunu təsdiqləyir.
O qeyd edib ki, valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan maliyyələşmə mexanizmi özəl müəssisələr üçün yeni təşviq imkanları yaradacaq və məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə töhfə verəcək.
Daha sonra Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva müsabiqənin şərtləri, iştirak qaydaları və maliyyələşmə mexanizmi barədə iştirakçılara ətraflı məlumat verib.
Görüş müzakirə və sual-cavab formatında davam edib. İştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı