"Özünü demokratik və qərbpərəst kimi təqdim edənlər ifşa edilir" - Deputat

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli həbs edilib. Səbail Rayon Məhkəməsi bu dəqiələrdə qərarını açıqlayıb.
Təqsirləndirilən şəxsin istintaqdan yayınma, şahidlərə təsir etmə ehtimalları nəzərə alınaraq vəsatət əsaslı sayılıb.
Qərara əsasən Əli Kərimli barəsində 2 ay 13 gün həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev azxeber.com-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin cinayət işi artıq daha böyük miqyasda təhlil edilir:
"Artıq bu məsələdə bir çox adlar ittiham olunur. Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Çox güman ki, onun əlaltıları, partiyada və Milli Şurada olan bəzi şəxslərin də sözügedən hadisələrlə əlaqəsi var. Məlum olur ki, 2013-cü ildə Moskvada yaradılan "Milyaderlər İttifaqı" və onun Bakıda fəaliyyət göstərən dırnaqarası filialı ilə Milli Şura eyni məqsədə xidmət edib. Moskvadakı imperialist qüvvələr tərəfindən yaradılıb idarə olunan bu cür təşkilatlar Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, ölkəmizin yenidən Moskvanın təsir dairəsinə salınmasına və ictimai sabitliyin pozulmasına hesablanıb. Özünü demokratik və qərbpərəst kimi təqdim edən bəzi şəxslərin artıq ifşa olunması, onların Rusiya xüsusi xidmət orqanlarına işlədiyinin üzə çıxması bu prosesin miqyasını göstərir. 
Dünən Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması, Cəmil Həsənlinin isə DTX-də dindirilməsi də sözügedən məsələlərlə bağlıdır".
Parlamentari vurğulayıb ki, hüquq-mühafizə orqanları səbrlə və ardıcıl şəkildə öz işlərini davam etdirməlidirlər:
"Bütün həqiqətlər üzə çıxarılmalı və xalqa açıqlanmalıdır. Cinayəti törədənlər və buna cəhd edənlər qanunların ən sərt tələbləri ilə cəzalandırılmalıdır. Çünki dövlətə, millətə, xalqa xəyanətdən ağır cinayət yoxdur. Bu faktlar sübut olunduqca xalqın böyük qəzəbinə səbəb olur. Necə ola bilər ki, müstəqil dövlətin azadlığının əlindən alınması üçün belə nadürüst insanlar xarici dövlətlərlə əməkdaşlığa gedirlər? Biz bu gün torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə fəxr etdiyimiz bir vaxtda, adı bizdən olan, lakin özü düşmən dəyirmanına su tökən şəxslər bu torpaqdan və xalq adını daşımaqdan məhrum edilməlidirlər".
Qeyd edək ki, Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilir.
Şahanə Ziyad

Siyasi       Tarix: 01 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 son xəbərlər azərbaycanda cebheden xeber zelzele