Pakistan-İran münaqişəsi Cənubi Qafqaza necə təsir edəcək? - EKSPERTLƏRİN ŞƏRHİ

Pakistan-İran münaqişəsi Cənubi Qafqaza necə təsir edəcək? - EKSPERTLƏRİN ŞƏRHİMəlum olduğu kimi, yanvarın 16-da İranın Pakistana raket hücumu nəticəsində iki azyaşlı uşaq və üç nəfər, ümumilikdə isə beş nəfər yaralanıb.
Pakistan bu hücumu pisləyib və Tehrandakı səfirini geri çağırıb. Bundan dərhal sonra isə Pakistan ordusu İranın Sistan və Bəlucistan vilayətində terrorçulara aviazərbələr endirib.
İran Azərbaycanla sərhəddə yerləşdiyi üçün Pakistan tərəfindən atılan hər hansı bir addım Azərbaycana necə təsir göstərə bilər?
Sözügedən məsələdə Azərbaycanın mövqeyi necə olmalıdır?
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, Pakistan İranın təxribatına artıq cavab verib:
Pakistan-İran münaqişəsi Cənubi Qafqaza necə təsir edəcək? - EKSPERTLƏRİN ŞƏRHİ"Pakistan İran tərəfindən törədilən təxribat xarakterli zərbələrə artıq cavab verib. Gələcəkdə də İran tərəfindən bu tip provokasiyalar davam edərsə, Pakistan heç bir halda bu təxribatları cavabsız qoymayacaq. Pakistan və İran arasında müəyyən gərginlik mövcuddur. Biz artıq görürük ki, iki ölkənin də səfirləri diplomatik səviyyədə qarşılıqlı şəkildə məsləhətləşmələr üçün geri çağırılıb".
Ekspert hesab edir ki, Azərbaycan iki ölkə arasındakı gərginliklərə münasibət bildirməyəcək:
"Hesab etmirəm ki, Azərbaycan Pakistan ilə İran arasındakı gərgin proseslərə münasibət bildirsin. Bu məsələ hələlik İran və Pakistan arasında müzakirə olunası bir predmetdir. Amma nəzərə almaq lazımdır ki, zərbəni məhz Pakistan ərazisinə Pakistanla məsləhətləşmədən İran tərəfi endirib. Ona görə də baş verən bu gərginliyə dair böyük ehtimalla məsuliyyəti tam həcmdə İran tərəfi daşıyır".
Mövzu ilə bağlı azxeber.com-a danışan politoloq Turan Rzayev bildirib ki, Pakistanın cavab olaraq İranın bəzi bölgələrini raket və dron atəşlərinə tutması vəziyyəti daha da şiddətləndirib:
Pakistan-İran münaqişəsi Cənubi Qafqaza necə təsir edəcək? - EKSPERTLƏRİN ŞƏRHİ"İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Pakistanın Bəlucistan bölgəsinə dron və raketlərlə zərbələr endirməsi sonrasında regionda gərginlik pikk həddə çətıb. İran tərəfi əməliyyatın hədəfinin Ceyş-ül-Ədl qruplaşması olduğunu açıqlayıb. Pakistan da öz növbəsində "Marg Bar Sarmachar" ("Partizanlara ölüm") əməliyyatına başladığını açıqlayıb. Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna aviazərbələr endirib. Ümumiyyətlə, iki ölkə arasında bu tip gərginlik vaxtaşırı baş verir. Etnik bəlucların yaşadığı Sistan və Bəlucistan gərginliyin əsas qaynar nöqtəsi hesab edilir. Tərəflər əvvələr də bənzər problemlərdən dolayı qarşı-qarşıya gəlsə də, regionda genişmiqyaslı müharibə baş verməyib".
Siyasi şərhçi ehtimal edir ki, hər iki ölkə bəluclara qarşı antiterror əməliyyatı keçirir:
"Pakistan və İran regionun iki güclü ölkəsidir. İstər hərbi, istərsə də siyasi baxımdan regionda balans yaradan güclərdəndir. Hər iki ölkəni dəstəkləyən və zəifləməsində maraqlı olan güclər var. Lakin buna baxmayaraq, regionda Pakistan-İran müharibəsi bu tezlikdə baş verməyəcək. Məsələ üzdə İran-Pakistan gərginliyi kimi görünsə də, əslində, hər iki ölkə pərdəarxasında bəluclara qarşı antiterror əməliyyatı keçirir. Bunu hər iki ölkənin XİN başçılarının bəyanatları da təsdiq edir. Misal üçün Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, "Pakistan İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edir. Bənzər açıqlamanı İran tərəfi də verib. Bəlucların müstəqillik arzusu hər iki ölkə üçün uzun illərdir başağrısına çevrilib. Buna görə də tərəflər ayrı-ayrılıqda bir-birinin ərazisində əməliyyatlar keçirərək, əslində, bir-birinə fayda verir".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlara əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Pakistan-İran münaqişəsi Cənubi Qafqaza necə təsir edəcək? - EKSPERTLƏRİN ŞƏRHİ

Siyasi       Tarix: 20 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber