Pakistan Ordusunun Laçında parlayan ulduzu - DOSYE

Pakistan Ordusunun Laçında parlayan ulduzu - DOSYELaçında keçirilən 28 may tədbirlərində Pakistanın Baş naziri Şahbaz Şərif iki dəfə bir adın üstündə xüsusilə dayandı. "Xahiş edirəm, feldmarşal, ayağa qalxasınız, hər kəs sizi görsün",- deməklə Şahbaz Şərif ön sırada əyləşən baş qərargah rəisinin nə qədər önəmli şəxs olduğunu Azərbaycan cəmiyyətinin də diqqətinə çatdırmağa çalışırdı.
KONKRET.az Azvision.az-a istinadən xəbər verir ki, bu şəxsə diqqət təsadüfi deyildi, nazirin bu jesti protokolun tələbi yox, dünyaya ünvanlanmış xüsusi bir mesaj idi. Aprelin 22-də baş verən Pahalqam insidentindən sonra Hindistanla Pakistan arasında alovlanan münaqişənin səbəb və nəticələri barədə danışarkən Şahbaz Şərif dedi ki, bu xəbəri ona ilk dəfə baş qərargahın rəisi çatdırıb: "Mənə məlumat verdi ki, cənab Baş nazir, Hindistan bizə növbəti dəfə hücum etdi. Onun səsi qətiyyətli idi. O, tamamilə sakit idi. Amma, eyni zamanda da çox qətiyyətli mövqedə idi ki, biz düşmənə həyatlarının ən yaxşı dərsini verməliyik…"
Şahbaz Şərifin hər kəsin görməsini istədiyi "Şərəf Qılınclı" Feldmarşal Seyid Asim Münir Əməd Şah idi.
Pakistan Ordusunun Laçında parlayan ulduzu - DOSYEPakistan Ordusunun Qərargah rəisi, 57 yaşlı general Asim Münir 1968-ci ildə Ravalpindi şəhərində anadan olub. 1986-cı ildə 23-cü Sərhəd Qüvvələri Alayına zabit kimi qəbul olunub. Manqladakı Zabitlərin Təlim Məktəbini uğurla başa vurub və ən nüfuzlu mükafat sayılan "Şərəf Qılıncı" ilə təltif olunub. O, bu mükafatı almış ilk Qərargah rəisidir.
Yaponiyadakı Fuji Məktəbində, Kvetta şəhərində yerləşən Komanda və Qərargah Kollecində, Kuala-Lumpurdakı Malayziya Silahlı Qüvvələr Kollecində və İslamabaddakı Milli Müdafiə Universitetində təhsil alıb. General-leytenant Munirin həmçinin Milli Müdafiə Universitetindən Dövlət Siyasəti və Strateji Təhlükəsizlik İdarəçiliyi sahəsində elmi magistr dərəcəsi var. Səudiyyə Ərəbistanında hərbi attaşe kimi xidmət edib.
O, Kvetta Qərargah Kollecində təlim heyətinin üzvü, Kel bölgəsində piyada briqadasının mayoru, Baş Qərargah rəisinin katibliyində 2-ci dərəcəli qərargah zabiti və Manqla korpusunun qərargah rəisi kimi xidmət göstərib. Eyni zamanda, 23-cü Sərhəd Qüvvələri Alayına komandanlıq edib, 30-cu Korpusun komandanı vəzifəsində çalışıb. Qərargah rəisi kimi Münir milli təhlükəsizliyi prioritet sayır. Hindistan, Əfqanıstan, habelə daxildəki separatçı təhlükələrə qarşı sərt mövqe tutur. "Taliban" hökumətini tənqid edir.
Munir eyni zamanda, Bəlucistan separatçılarına qarşı əməliyyatlara rəhbərlik edib. Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirərək, bölgənin Pakistanın tərkibinə qatılacağına ümid edir.
Pakistan Ordusunun Laçında parlayan ulduzu - DOSYE2022-ci ilin noyabrında ordu rəhbəri təyin edilən Asim Munirin vəzifə müddətinin 2027-ci ilin noyabrında uzadılacağı gözlənilir. Bu o deməkdir ki, Munir 2032-ci ilə qədər baş qərargah rəisi ola və Pakistan tarixində ən uzunmüddətli ordu generallarından birinə çevirə bilər.
Bu il Pakistanla Hindistan arasında atəşkəs razılığı əldə olunandan təxminən bir həftə sonra Asim Munir feldmarşal rütbəsinə layiq görüldü, çiyinlərinə 5-ci ulduz əlavə edildi. Pakistanın qanunlarına görə, Baş nazir tərəfindən texniki olaraq vəzifəsindən uzaqlaşdırıla bilən ordu rəhbərindən fərqli olaraq, feldmarşal statusu daşıyan şəxs toxunulmazdır. Yəni bu titul ona ömürlük hərbi səlahiyyətlər, tam imtiyazlar, eləcə də mülki və məhkəmə nəzarətindən faktiki azadlıq verir.
Baş nazir Şahbaz Şərifin hökuməti Munirin bu yüksəlişini elan edərkən bildirdi ki, o, 7–10 may tarixlərində "Hindistanla baş verən hərbi gərginlik zamanı strateji liderlik və qətiyyətli rol nümayiş etdirdiyinə görə mükafatlandırılıb". Qeyd edək ki, Munir (1958-ci ildə prezident İsgəndər Mirzəni devirərək prezident olan və) 1959-cu ildə feldmarşal təyin edilən Əyyub Xandan sonra son 60 ildə bu rütbəyə layiq görülən ilk şəxsdir.
Munir Pakistan tarixində həm Hərbi Kəşfiyyata (MI), həm də Mülki Kəşfiyyat Xidmətinə (ISI) rəhbərlik etmiş yeganə şəxsdir. Məhz bu unikal təcrübə onu yalnız hərbi komandan deyil, həm də siyasi-strateji fiqura çevirib – o, Pakistanın daxili və xarici siyasətinə təsir göstərən əsas fiqurlardan biridir.
O həm regionda sabitliyin qorunması, həm də islam həmrəyliyinin möhkəmləndirilməsi baxımından aktiv çıxışlar edir. Qurani-Kərimi əzbər bilən, hafiz olan general-leytenant həm daxili separatizmə, həm də xarici təhdidlərə qarşı kəskin mövqeyi ilə seçilir.
Pakistan Ordusunun Laçında parlayan ulduzu - DOSYEÖlkəmizə gəlincə, onun rəhbərliyi dövründə Pakistan Ordusu Azərbaycanla hərbi təlimlərdə daha fəal iştirak etməyə başlayıb, birgə strateji formatlar təşviq olunub. Munir həm də İslam dünyasında Qarabağ məsələsinə birmənalı dəstək verən azsaylı yüksək rütbəli şəxslərdən biridir.
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışları və səmimi mesajları, tez-tez "qardaş xalq" ifadəsini işlətməsi və Ermənistanla bağlı sərt mövqeyi onun bu məsələyə şəxsi həssaslıqla yanaşdığını göstərir. Qarabağ müharibəsindən sonra Pakistan-Azərbaycan münasibətlərinin hərbi müstəvidə daha da yaxınlaşmasında Munirin diplomatik jestləri xüsusi rol oynayıb.
O, Azərbaycanın Qarabağ Zəfərini "İslam dünyası üçün nümunə" adlandırıb və postmüharibə dövründə yenidənqurma təşəbbüslərini dəstəklədiyini bəyan edib. Bu, həm də Pakistanın Cənubi Qafqazda geosiyasi rolunu aktivləşdirmək cəhdidir.
Hərçənd, Munirin yüksəlişi həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmır. Bəziləri onun yüksəlişini "yumşaq çevriliş" adlandırır, bir qisim isə "Müşərrəf-2 geri dönür deyir". Keçmiş baş nazir İmran xanın tərəfdarları belə düşünürlər ki, beşinci ulduz Munirə yalnız titul yox, həm də simvolik olaraq "padşahlıq tacı verir".
Asim Münir artıq sadəcə general deyil – o, Pakistanın yeni güc arxetipidir. Birbaşa hakimiyyətdə olmasa da, siyasətə təsir imkanlar var. Britaniyalı ekspertlərə görə, Seyid Munir artıq Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin (CJCSC) sədrindən belə üstün mövqedədir və bu silahlı qüvvələrdəki "institusional balans"ı pozur. Onların fikrincə, belə olan halda ya Ordu Qərargah Rəisinə (Munirə) müavin təyin olunmalı, ya da Birləşmiş Qərargah Rəisləri Komitəsinin vəzifəsi birbaşa Feldmarşal tərəfindən icra edilə bilər. Bunun digər generalların ordu rəhbəri olmaq ambisiyasına necə təsir edəcəyini isə zaman göstərəcək. Qeyd edək ki, 1995-ci ildə general Zahir-ul-İslam Abbasinin uğursuz çevriliş cəhdindən başqa, Pakistan generalları ümumən iyerarxiyaya sədaqət göstəriblər.
Xatırladaq ki, 1977-88-ci illərdə Ziya-ül-Həq və 1999-2008-ci illərdə Pərviz Müşərrəf çevrilişlə hakimiyyətə gələrək özlərini Prezident elan etmişdilər. Onlar protokola xüsusi önəm verirdilər və sonradan özlərinə vitse prezidentlər müavinlər də təyin etmişdilər – Müşərrəf Əşfəq Kayanı, Ziya isə Xalid Mahmud Arifi.
Hindistan mediası isə hələ də inandırmağa çalışır ki, Baş nazirlə yeni Feldmarşal arasında fikir ayrılıqları mövcuddur və onlar siyasi məsələrin həlində razılığa gələ bilmirlər. Hərçənd Feldmarşal elan ediləndən beş gün sonra Asim Munir mülki rəhbərliyə "dərin təşəkkür"ünü ifadə edərək, Hindistanla qarşıdurma zamanı siyasi elitanın dəstəyini yüksək qiymətləndirmişdi.
Bütün bunlara – yeni feldmarşalın timsalında Pakistan hökumətinin qərarlarını sorğulayanlara Şahbaz Şərif "Laçın arenasından" cavab verdi. Onun nitqi Pakistanın sülh işinə kölgə salmaq istəyənlərə qarşı sanksiyası oldu. Hökumət başçısı Asim Muniri yalnız təqdim etmədi, Azərbaycanın yaratdığı regional liderliyə çıxaran platforma imkanından yararlandı. Dünyaya yönəlik simvolik bir mesajla bildirdi ki, Pakistan Ordusu Hindistanla qarşıdurmada qalibdir və bunu sübut etməyə hazırdır. O həm də çatdırdı ki, Azərbaycanın mübarizəsinə dəstək verənlər sırf dost yox, strateji ortaq, prinsipial tərəfdaş və birgə gələcək qurucularıdır. Azərbaycanın müttəfiqi təkcə Pakistan hökuməti deyil, güc mərkəzlərinin hamısıdır.
Laçında keçirilən tədbir Azərbaycanın tək olmadığını, onun ətrafında real müttəfiqlər həlqəsinin formalaşdığını bir daha göstərdi. Pakistanın daxili siyasəti ilə beynəlxalq konfiqurasiyasının qovşağında Asim Münirin adı regionda da əks-səda verdi.

Siyasi       Tarix: 02 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik etdi

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarika Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrik məktubunda deyilir:. "Zati-aliləri. 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətil

Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək

İyunun 21-də Azərbaycandan Ermənistana ümumi miqdarı min ton olan 17 vaqon dizel yanacağının göndərilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Xatırlada

Azərbaycanda orta aylıq maaş artdı - Amma

Azərbaycanda orta aylıq əməkhaqqı 1172 manata çatıb. Rəsmi statistikaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb. Amma bəzi ekspertlər bunu Cənubi Qafqaz ölkələri ilə müqayisədə aşağı hədd sayır

Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam

Azərbaycanın Portuqaliyada (Lissabon şəhərində) Səfirliyi təsis ediləcək. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Portuqaliyada (Lissabon şəhərində

Azərbaycan-YUNESKO əməkdaşlığı müzakirə olundu

İyunun 16-da Parisdə YUNESKO-nun Baş qərargahında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli YUNESKO-nun Baş direktoru Xalid Əl-Ənani ilə görüşüb. Bu barədə  -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Əl-Ənanini

Prezident Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona "Dostluq" ordenini təqdim edib. xəbər verir ki, Preziden

İran limanlarına tətbiq edilən hərbi blokada ləğv edildi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın liman və sahil ərazilərinə tətbiq edilən dəniz blokadasının rəsmən sona çatdığını bəyan edib. Bu addım ABŞ Prezidentinin müvafiq sərəncamına əsasən atılıb. KONKRET.azxarici mediay

Finlandiyadan SENSASİON QƏRAR - Nüvə silahı

Finlandiya parlamentinin bu gün qəbul etdiyi qərarla ölkənin uzun illər qüvvədə olan nüvə silahı ilə bağlı qadağası aradan qaldırılıb. Parlamentin səsverməsi ilə təsdiqlənən yeni qanunvericilik nüvə silahlarının Finlandiy

SON DƏQİQƏ: Paşinyan hərəkətə keçdi - Ermənistanın yeni prezidenti bu şəxs olacaq

Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" partiyasından prezident postuna bir neçə mümkün namizədin adı gündəmə gəlib. KONKRET.azxəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Nəşrin iddiasın


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri bugunun xeberleri valyuta məzənnələri axsam.az xeberler