Pakistan vətəndaşı ölkəmizə heroin keçirməyə cəhd etdi - FOTO
Azərbaycana narkotik maddə keçirmək istəyən xarici vətəndaş tutulub.
Dövlət Gömrük Komitəsindən (DGK) Open.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 1 kq-dan artıq heroini aşkar edərək qanunsuz dövriyyədən çıxarıb. Belə ki, Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Pakistan İslam Respublikasının vətəndaşı Ahmad Kaleem Khan Ahmada məxsus çamadana piyada keçid xəttində olan "Heiman X-Ray" markalı rentgen yük yoxlama qurğusu vasitəsilə baxış keçirilərkən monitorda şübhəli cizgilər müşahidə olunub.
Ahmad Kaleem Khan Ahmad şifahi sorğu-sual zamanı ona məxsus çamadanda gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirib. Lakin çamadanın yoxlanılması zamanı gömrükçülərin şübhələri və daxil olan əməliyyat məlumatı təsdiqini tapıb. Çamadanın alt divarı ilə astarının arasından, gömrük nəzarətindən gizlədilmiş - çemodanın alt divarına yapışqanlı lentlə bərkidilərək divar boyunca yerləşdirilmiş bir ədəd sellofan bağlamada, qablaşdırılması ilə birgə çəkisi 1 kq 118 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.


Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib