Pakistanın Baş naziri Lahordan Bakıya birbaşa uçuşların bərpasını alqışladı
Biz bütün sektorlarda əməkdaşlığımızı dərinləşdirərək Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələrində yeni zirvələrə çatmağa sadiq qalırıq.
KONKRET.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Lahor və Bakı arasında birbaşa uçuşların bərpası ilə bağlı açıqlamasında bildirib.
Baş nazir iki illik fasilədən sonra PİA-nın Lahor və Bakı arasında birbaşa uçuşların bərpasını alqışlayıb, bunu iki qardaş ölkə arasında turizmin və regional əlaqələrin inkişafı üçün böyük mərhələ adlandırıb.
Qeyd edək ki, aprelin 20-də Pakistanın "Pakistan Beynəlxalq Hava Yolları" (PIA) şirkəti tərəfindən Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib. Lahor–Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut Azərbaycan ilə Pakistan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişlənməsinə xidmət edir.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir