Pandemiya kirayə mənzil bazarına necə təsir etdi? - Mütəxəssis rəyləri

Pandemiya kirayə mənzil bazarına necə təsir etdi? - Mütəxəssis rəyləriPandemiya kirayə mənzil bazarına necə təsir etdi? - Mütəxəssis rəyləri
Koronavirus pandemiyası kirayə mənzil bazarına əhəmiyyətli dərəcədə təsir göstərib. Uzunmüddətli kirayə tələbinin xeyli azalmasına baxmayaraq, əksər ev sahibləri mənzil qiymətlərini endirməyə tələsmirlər. Xüsusilə də, pandemiya və karantin rejimində bir çox vətəndaş əvvəlki gəlirindən olub, bəziləri isə işsiz qalıb.
"Bəzi mənzil sahibləri qiymətləri bir az aşağı saldılar, son üç ayda azalma müşahidə etdik, bu 9 faizdən bir qədər çoxdur. Eyni zamanda fərdi evlərin və bağ evlərinin kirayə qiymətləri 10 faiz artıb".
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov bunu Media.Az-a müsahibəsində bildirib.
Pandemiya kirayə mənzil bazarına necə təsir etdi? - Mütəxəssis rəyləriOnun sözlərinə görə, mənzilləri uzunmüddətli kirayəyə adətən sabit gəliri olan ailələr verirlər, bu səbəbdən qiymətlərin endirilməsində maraqlı deyillər. Bu, onlar üçün bir iş deyil, passiv gəlirdir.
"Bir qayda olaraq, onlar mənzili uzun müddətə kirayə verirlər, amma pandemiya zamanı az adamın buna imkanı çatır. Tələbələrə, turistlərə və ya xarici iş adamlarına kirayə verilən mənzillərə gəlincə, bu seqmentdə qiymətlərdə azalma müşahidə olunur", - N.İbrahimov deyib. 
O, şəhərin mərkəzində iki-üç otaqlı mənzillərin qiymətlərinin bir qədər azaldığını qeyd edib.
"Məsələn, əvvəllər "Beşmərtəbə" yaxınlığında iki otaqlı mənzillər 550-600 manata kirayə verilirdisə, bu gün onların qiyməti 480-500 manatdır. "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında üç otaqlı mənzil bu gün 450-500 manata kirayə verilir. Koronavirus pandemiyası gələn il də davam edərsə, qiymətlər bir az azalacaq, lakin daha sonra artım davam edəcək", - deyə N.İbrahimov sözlərini yekunlaşdırıb.
Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev də öz növbəsində Media.Az-a bildirib ki, son 15 ildə əmlak bazarında bir neçə böhran yaşanıb.
Pandemiya kirayə mənzil bazarına necə təsir etdi? - Mütəxəssis rəyləri"Birincisi 2008-ci, ikincisi 2014-cü ildə baş verdi və hazırda üçüncü böhran müşahidə olunur. Sözsüz ki, bu, pandemiya və neftin ucuzlaşması ilə birbaşa əlaqəlidir. İlk iki böhran zamanı daşınmaz əmlakın qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşsə də, bu dəfə biz bunu demək olar ki, görmürük", - ekspert deyib.
Onun sözlərinə görə, ev sahibləri pandemiyanın bitməsini və həyatın normallaşmasını gözləyirlər:
"Ədalətli desək, reklamları oxuyaraq nisbətən aşağı qiymətlərlə təklifləri görmək olar. Ancaq ümumiyyətlə, əmlak bazarı indi dondurulmuş vəziyyətdədir".
Mütəxəssisin fikrincə, kirayə mənzil bazarındakı az tələbat səbəbindən qiymətlərin bir qədər enməsi belə ümumi vəziyyəti dəyişdirməyəcək:
"Tədris ili başlamazdan əvvəl bölgələrdən minlərlə tələbə mənzil axtarırdı. Bu gün təbii ki, belə deyil. Buna görə yaxın gələcəkdə kirayə mənzil bazarında xüsusi bir dəyişiklik gözləməyə dəyməz".

Sosial       Tarix: 05 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az cəbhədən son xəbər metbuat xeberleri enson xeberler