Pandemiya zamanı necə qidalanmaq lazımdır? - Həkimdən MƏSLƏHƏTLƏR

Pandemiya zamanı necə qidalanmaq lazımdır? - Həkimdən MƏSLƏHƏTLƏRPandemiya zamanı necə qidalanmaq lazımdır? - Həkimdən MƏSLƏHƏTLƏR
Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib. Vəziyyət hər gün daha da pisləşir, COVID-19-un yayılması sürətlə artır. Bir çox ölkələrdə səhiyyə sistemi çökmək ərəfəsindədir. Görünür şəxsi sağlamlığımız üçün özümüz məsuliyyət daşımalı olacağıq.
Həkimlərin bu gün üçün tövsiyəsi lazımi təhlükəsizlik tədbirlərinə riayət etmək, qoruyucu maska taxmaq, sosial məsafəyə və gigiyena qaydalarına əmək etməkdir. Pandemiya şəraitində güclü immunitet son dərəcə vacibdir, bu da əsasən sağlam həyat tərzindən və qidalanmadan asılıdır.
Media.Az bu barədə hazırda koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyən həkim terapevt Mehriban Abdullayeva ilə söhbət edib.
"Pandemiya zamanı ən başlıcası karantin rejiminin qaydalarına riayət etmək, sağlam həyat tərzi keçirmək və düzgün qidalanmaqdır. Qidalanma balanslaşdırılmış, immuniteti gücləndirən vitamin və minerallarla zəngin olmalıdır", - deyə M. Abdullayeva söyləyib.
Həkimin sözlərinə görə, xroniki xəstəlikləri olan vətəndaşlarla yanaşı, bədən çəkisi artıq olan insanlar da risk qrupuna daxildirlər.
"Bu səbəbdən bu gün yemək rasionuna nəzarət etmək çox vacibdir. Yağlı qidalardan mümkün qədər az istifadə etmək, çəkinin artmasına səbəb olan şirniyyat və ərzaqların qəbulundan çəkinmək lazımdır. Ən əsası – çox yeməməkdir", - həmsöhbətimiz vurğuladı.
M. Abdullayevanın sözlərinə görə, immuniteti gücləndirmək üçün qidalanmada daha çox mövsümi meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır.
"Məsələn, indi C vitamini və sinklə zəngin olan nar mövsümüdür. Ümumiyyətlə, qida rasionunda tərəvəz və meyvələr üstünlük təşkil etməlidir. Yeri gəlmişkən, şirniyyat məhsullarını təzə meyvələr və ya quru meyvələrlə əvəz etmək olar", M.Abdullayevə qeyd etdi.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının gündə ən az 400 qram meyvə və tərəvəz yeməyi tövsiyə edir.
Həkim orqanizmə daha çox enerji və toxluq hissi verən liflərlə zəngin məhsulları da unutmamağı tövsiyə edir. Bu səbəbdən hər gün paxla və dənli bitkilərdən istifadə etmək faydalıdır. Buraya buğda, çovdar və yulaf bitkiləri, qarğıdalı, düyü, arpa yarması, darı, qarabaşaq daxildir.
"Zülal məhsullarının faydalarını da unutmaq olmaz. Ət, süd məhsulları və yumurta qiymətli protein mənbəyidir. Üstəlik bu məhsullardan bir çox fərqli yemək hazırlamaq olar", deyə M. Abdullayeva söyləyib.
Həmsöhbətimiz düzgün qidalanma ilə yanaşı, orqanizmin kifayət qədər miqdarda maye qəbul etməsinin də lazım olduğunu əlavə etdi. Buna görə mümkün qədər çox su içməyin vacibliyini bildirdi.
"Təzə sıxılmış meyvə şirələrə üstünlük verin. Alkoqollu içkilər qəbul etməkdən çəkinin, onlar orqanizmin müqavimət gücünü əhəmiyyətli dərəcədə azaldır, bu da mövcud şərtlərdə qəbuledilməzdir. Ballı və ya zəncəfilli çay içməyi məsləhət görərdim, əlbəttə sui-istifadə etməmək şərti ilə, misal üçün gündə bir dəfə içmək olar. Bu orqanizm üçün çox faydalıdır və eyni zamanda onun müqavimətini artırır", həkim vurğulayıb.
Fikrinin tamamında müsahibimiz pandemiya zamanı orqanizmi vitamin kompleksi ilə dəstəkləməyin çox vacib olduğunu qeyd etdi.
"D vitamini, C vitamini, maqnezium, selenyum və tərkibində sink olan preparatların profilaktik dozasını qəbul etməyi məsləhət görürəm", deyə M.Abdullayevə qeyd edib. /oxu.az

Sosial       Tarix: 01 dekabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər xeberler bugun en sonxeber xeber.az 2026