Partlayış olan klubdakı müğənni: "Gözümü açdım ki, insanlar yanaraq çölə qaçırlar

Partlayış olan klubdakı müğənni: Aprelin 3-də baş verən partlayış zamanı "Location" klubda olan müğənni Nicat Məhərrəmov yaşadıqlarını danışıb. 
O bildirib ki, beş dost həmin vaxt klubda olub:
"Partlayış klubun mərkəz hissəsindən gəldi. Mən kənarda barda dayanmışdım. Dalğa məni atdı, ayıldım ki, masanın altındayam. Baxdım ki, ortada heç kim yoxdur. Hətta insanlar yana-yana qaçırdılar, gözümlə gördüm. Zərbə o qədər güclü idi ki, adamları çölə atmışdı. Böyük faciə idi. Oradan bu vəziyyətdə çıxmışam, görən şok içində idi. İçəridə yanğın da baş verdi. Can şirin şeydi, hər kəs canını qurtarmağa çalışdı. Bir xanım məni itələdi, yıxıldım, gördüm ki, yanır. Küçəyə çıxanda tüstüdən görmürdüm, yıxıldım. Şokda idim, özümdə deyildim. Dostlarımı axtarırdım, beş nəfər idik. Sağdılar, ikisi evə buraxılıb, digər ikisi xəstəxanadadır. Eləsi var ayağı sınıb, yanıqları var".
Qeyd edək ki, "Location" klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
///Axşam.az

Şou Biznes       Tarix: 07 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes