"Partlayışı görəndən sonra inanmırdım ki, atam sağ qalar"
Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə qəzasından sağ çıxan bələdçi Zülfüqar Əsədovun qızı Könül Əsədova atasının dəhşətli hadisədən sonra sağ qaldığına inana bilmədiyini deyib.
KONKRET.az bildirir ki, o, "Report"a açıqlamasında deyib ki, atası 37 ildir təyyarədə bələdçi kimi çalışır:
K.Əsədovun sözlərinə görə, onlar ailədə iki övladdırar:
"Atam həmişə işə gedəndə mən həyəcan keçirirdim. Özüm müəlliməyəm, hadisə baş verən günü də işdə idim. Qəza səhər saatlarında olsa da, işdə olanda günorta saatlarında xəbərini aldım. Yoldaşım zəng edərək icazə alıb evə gəlməyimi dedi. Dedi ki, atanın olduğu təyyarə qəzaya uğrayıb, narahat olma, sağdır. O an çox çətin idi, inana bilmirdim ki, atam sağdır. Atamın səsini eşitdim, dedim yəqin robotdur mənimlə danışır. Çünki o partlayışdan sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilər".
K.Əsədova əlavə edib ki, Z.Əsədovun vəziyyəti getdikcə yaxşılaşır:
"Əməliyyat olunub, bir az ağrıları var. Ötən gün çox qısa müddətə onunla görüşdük. Səhhəti getdikcə yaxşılaşır. Yəqin ki, yaxın günlərdə evə buraxılacaq".
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-nın ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto