PAŞA Holding Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə verəcək, Azərbaycanda koronavirusu aşkarlamaq üçün laboratoriyanın yaradılmas

PAŞA Holding Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə verəcək, Azərbaycanda koronavirusu aşkarlamaq üçün laboratoriyanın yaradılmasKoronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə əksər dövlətlərdə ciddi preventiv tədbirlər həyata keçirilir. Müxtəlif ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması, sosial izolyasiya tədbirləri turizm, biznes və iqtisadiyyatın bir çox sahələrinə öz təsirini göstərməkdədir.
"PAŞA Holding" MMC-dən Trend-in məlumatına görə, koronavirus zəminində yaranan fövqəladə vəziyyət ölkələrin biznes mühitinə təsir göstərsə də, hazırkı şəraitdə vətəndaşların sağlamlığı və təhlükəsizliyi prioritet olmalı və bütün səylər bu xəstəliyin aradan qaldırılmasına yönəlməlidir.
Fəaliyyətində öz əməkdaşları və müştərilərinin təhlükəsizliyi və rifahına əsas önəm verən "PAŞA Holding" MMC Korporativ Sosial Məsuliyyət öhdəliyindən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə qürurla dəstək göstərməkdədir. Belə ki, şirkətimizin tərəfindən Azərbaycanda koronavirusu aşkarlamaq üçün laboratoriyanın yaradılmasına 3 milyon avro maliyyə vəsaiti dəyərində töhfə verilmişdir.
COVİD-19 zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alaraq "PAŞA Holding" eyni zamanda bir sıra məsələləri öz əsas hədəfi seçmişdir:
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "PAŞA Holding" tərəfindən 2 milyon manat ianə veriləcəkdir;
- yaranmış vəziyyətdə öz işçilərinə dəstək olmaq məqsədi ilə "PAŞA Holding" və onun tərkibində olan bütün şirkətlərdə 2020-ci il ərzində heç bir iş yerinin ixtisarına yol verməmək və bununla bağlı bütün xərcləri qarşılamaq;
- biznesin davamlılığını dəstəkləmək, iş yerlərində ixtisarların qarşısını almaq və ya mümkün qədər azaltmaq məqsədi ilə ticarət mərkəzlərimizin kirayəçilərinə 2020-ci ilin mart və aprel aylarının kirayə haqqları üzrə endirimlər etmək.
Qeyd edək ki, hazırda aidiyyatı dövlət qurumları ilə birlikdə borcalanlara dəstək olmaq üçün təşəbbüslər üzərində araşdırmalar aparılır və bu istiqamətvə yaxın zamanlarda qərarlar veriləcəkdir.
Bildiririk ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyət tərəfimizdən mütəmadi izləniləcək və növbəti addımlarımız mövcud şəraitə uyğunlaşdırılacaq, dövlətimiz və ölkənin biznes mühitinə dəstək istiqamətində tədbirlərimiz bundan sonra da davam edəcəkdir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi 2026 son xeber 2026 xəbərlər.com hava haqqinda