Paşinyan Aİ planından geri çəkildi

Paşinyan Aİ planından geri çəkildiErmənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirmək ideyasından imtina etdiyini bildirib.
KONKRET.az "Report"a istinadla xəbər verir ki, o, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Paşinyanın sözlərinə görə, müvafiq qanun artıq qəbul edilib. Bununla belə, o, İrəvanın Rusiya ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.
"Biz Rusiya Federasiyası ilə münasibətlərimizin daha da dərinləşdirilməsində maraqlıyıq", – Paşinyan bildirib.
Görüş zamanı Putin Paşinyanın qanunun qəbul edilməsinin Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə bəyanat demək olmadığı barədə iddiası ilə razılaşmayıb.
"Əsas məsələ ilə bağlı sizinlə razılaşmıram. Siz dediniz ki, çıxmaq barədə bəyanat verməmisiniz. Başqa iqtisadi təşkilata daxil olmaq prosedurunun başlanması haqqında qanunun qəbul edilməsi faktiki olaraq bizim təşkilatdan çıxmaq deməkdir", – Rusiya Prezidenti deyib.
Buna cavab olaraq Paşinyan bildirib ki, qanunun qəbul edilməsi, əksinə, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirmək ideyasından imtinası demək idi.
"Qanunu qəbul etməklə biz referendum ideyasından imtina etdik, çünki bu məsələ xalq qarşısında ifadə oluna biləcək səviyyəyə qədər yetişməyib, belə ki, Ermənistanın real alternativi yoxdur", – Baş nazir deyib.

Siyasi       Tarix: 02 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler