Paşinyan Azərbaycana GƏLƏCƏK - Tarix BƏLLİ OLDU

Paşinyan Azərbaycana GƏLƏCƏK - Tarix BƏLLİ OLDU2022-ci il oktyabrın 6-da Praqada "Avropa Siyasi Birliyi" Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi.
Daha sonra aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edildi. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.
Təbii ki, Azərbaycanın qazandığı bu qələbələrdə Ali Baş Komandanın əvəzsiz rolu var. Onun yeritdiyi düzgün və inamlı siyasət bu gün Azərbaycanın bu qələbələri qazanmasında misilsiz bir rol oynayıb. Lakin son zamanlar noyabrda Azərbaycanda keçirləcək COP-29 konfransına Ermənistanın baş naziri Nikol Paşinyanın da gələcəyi ilə bağlı müzakirələr dolanır. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı" (COP29) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Maraqlıdır, Nikol Paşinyan bu konfransa dəvət alacaq?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı danışan politoloq Tofiq Abbasov News24.az-a bildirib ki, Paşinyan əslində həmin tədbir üçün Azərbayana dəvətlidir:
"COP-29 elə bir tədbirdir ki, bütün dövlət və hökumət başçıları ora avtomatik dəvət alırlar. Azərbaycanda "Tərəflərin Konfransı"-nın (COP29) keçirilməsini məzh Ermənistan tövsiyyə etdi və Ermənistan bizim namizədliyimizi dəstəklədi. İlk dəfə ikitərəfli formatda biz onlarla münasibət qurduq, danışıqlar apardıq, hərbçilərin mübadiləsi oldu. Daha sonra Ermənistan Azərbaycanın namizədliyini dəstəklədi. Azərbaycan da COP-29 konfransında Ermənistanın müəyyən mövqelərini dəstəkləyib".
Politoloq qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər anlaşma şəraitinə köçürülüb və Paşinyanın ölkəmizə gəlməsi münasibətlərin daha da normallaşdırılması üçün ciddi bir addımdır:
"Biz artıq görürük ki, bu zəmində anlaşma prosesi yaranıb. Bu, bəyəm pisdir? Xeyr! əksinə yaxşı əlamətdir. Buna görə də düşünülür ki, Paşinyan gələ bilər, hətta, çox güman ki, gələcək. Proses sülh müstəvisində öz həllini tapa biləcək. Bu əlverişli bir şərait olacaq. Həm də Paşinyanın Azərbaycana gəlməsi təqsirli olan şəxsin özünü əfv etdirmək üçün atdığı bir addım ola bilər. Çünki bu günə qədər baş vermiş bütün münaqişələrin və müharibələrin səbəbkarı elə Ermənistan hökumətidir. O bura gəlməklə həm təqsirli, həm də təqsirli tərəf olduğunu etiraf edəcək".

Siyasi       Tarix: 06 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne xeber.az son xeberler xəbər kriminal xeberler