Paşinyan: 'Azərbaycanla sərhədlərin delimitasiyası MDB-nin fundamental sənədlərinə əsaslanacaq
"Azərbaycanla sərhədlərin delimitasiyası MDB-nin fundamental sənədlərinə əsaslanacaq".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib ki, həmin sənədlərə əsasən sovet respublikalarının keçmiş inzibati sərhədləri artıq müstəqil dövlətlər arasında dövlət sərhədlərinə çevrilib:
"Bildiyiniz kimi, biz Azərbaycanla münasibətlərimizin normallaşdırılması üzərində işləyirik. Bu kontekstdə MDB-nin rolunun vacibliyini qeyd etməyi zəruri hesab edirik. Normallaşma prosesində delimitasiya və sərhəd komissiyalarının işi də davam edir. Komissiyanın yaradılması barədə razılıq 2021-ci il noyabrın 26-da Soçidə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin üçtərəfli görüşü zamanı əldə olunub", - Paşinyan bildirib.
Hökumət başçısı söyləyib ki, 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti ilə Fransa Prezidentinin və Avropa İttifaqı Şurasının sədrinin vasitəçiliyi ilə keçirilən görüşdən sonra delimitasiya prosesində fundamental sənədlərə əsaslanmaq barədə razılıq əldə olunub.
Xatırladaq ki, bu gün Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.
///Report / azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü