Paşinyan Bakı ilə razılaşmadan danışdı
Ermənistan ilk dəfə olaraq, beynəlxalq hadisələrə uyğunlaşmağa başlayıb.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Ən böyük problemlərimizdən biri o olub ki, ölkəmizin yaşadığı nəzəriyyələr adətən elita tərəfindən formalaşdırılıb və ictimaiyyətə öyrədilib. İndi bunun əksinin baş verdiyi dövrdə yaşayırıq: nəzəriyyələr xalqın şüurunda mayalanır, sonra xalqın nümayəndələri onları formalaşdırır və həyata keçirirlər. Bu prosesin üzvi təbiətini tam şəkildə qoruyub saxlamağımız çox vacibdir", – baş nazir bildirib.
N.Paşinyan Ermənistanın uzun illər müasir dünyanın şərtlərinə uyğun gəlməyən siyasət yürütdüyünü də söyləyib:
"Tariximiz boyu yaşadığımız bütün fəlakətlərin xüsusiyyətlərini öyrənərkən belə qənaətə gəldik ki, biz, bir qayda olaraq, heç vaxt tariximizin tempini beynəlxalq proseslərin tempi ilə eyniləşdirə bilməmişik.
Vaşinqtonda baş verənlər (Azərbaycan-Ermənistan razılaşması) o deməkdir ki, artıq Ermənistanın siyasətinin taktikası müəyyən beynəlxalq proseslərə uyğunlaşıb, bu da son dərəcə vacibdir. Bu, beynəlxalq hadisələrə uyğunlaşmaq baxımından, bəlkə də, bir neçə əsr ərzində ilk real imkanımızdır və bu, son dərəcə mühüm mərhələdir".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO