Paşinyan bu addımı atsa, Bakı-İrəvan münasibətləri gərginləşəcək, Rusiya və İran isə... - YENİ SSENARİ

Paşinyan bu addımı atsa, Bakı-İrəvan münasibətləri gərginləşəcək, Rusiya və İran isə... - YENİ SSENARİErmənistan hökuməti Zəngəzur dəhlizini ABŞ-a təhvil verməyə razılaşıb. Bu barədə İspaniyanın "Periodista Digita" nəşri Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanmış "gizli memorandum"a istinadən xəbər yayıb. Bəs görəsən, bu, nə dərəcədə dəqiq və etibarlı məlumatdır? Ümumiyyətlə, Paşinyanın bununla razılaşması mümkündürmü? 
Mövzunu KONKRET.az-a politoloq Tural İsmayılov şərh edib:
Paşinyan bu addımı atsa, Bakı-İrəvan münasibətləri gərginləşəcək, Rusiya və İran isə... - YENİ SSENARİ"Bu iddianın mötəbərliyi ciddi suallar doğurur. Əvvəla, "gizli memorandum"a istinad edən mənbənin – "Periodista Digita"nın nə qədər etibarlı və nüfuzlu olması aydın deyil. Ermənistan kimi daxili siyasi və iqtisadi baxımdan qeyri-sabit ölkənin Zəngəzur dəhlizi kimi strateji əhəmiyyətli bir ərazini ABŞ-a "təhvil verməsi" daha çox geopolitik manipulyasiyalara xidmət edən informasiya müharibəsinin tərkib hissəsi kimi görünür. Paşinyan hökumətinin ABŞ-la yaxınlaşma cəhdləri məlumdur, lakin konkret dəhlizin təhvil verilməsi ciddi suverenlik problemi yaradar və ölkə daxilində müqavimət doğurar. Bu tip addım Ermənistan daxilində Paşinyanın legitimliyini sarsıdar və onu daha da zəif mövqeyə salar. Üstəlik, İranın bu cür addıma reaksiya verəcəyi də şübhəsizdir. Çünki İran Zəngəzur bölgəsində ABŞ hərbi-siyasi varlığını öz sərhədlərinə təhdid kimi görür".
Politoloqun sözlərinə görə, Azərbaycan üçün isə məsələ ikiüzlüdür:
"ABŞ-ın bölgədə mövcudluğu qısamüddətli diplomatik balans yarada bilər, amma strateji baxımdan təhlükəlidir. ABŞ-ın burada olması Rusiya və İranla münasibətlərdə əlavə gərginliyə səbəb olacaq. Dəhlizin açılması Azərbaycanın əsas məqsədidir, lakin onun kim tərəfindən "idarə olunacağı" məsələsi Bakının qırmızı xəttidir. Bakı üçün bu dəhliz yalnız iqtisadi arteriya deyil. Paşinyan isə bu addımı yalnız Rusiya və İran təsirindən çıxmaq üçün atarsa, özünü çox riskli bir oyun masasına oturtmuş olar. Regionda yeni bir Qərb-Rusiya cəbhəsi açmaq Ermənistan üçün geosiyasi intihara bərabərdir. Azərbaycanın marağı ondan ibarətdir ki, dəhliz bölgə ölkələri arasında razılaşma və beynəlxalq qüvvələrin kənarda qalması şərti ilə reallaşsın. Yəni, Azərbaycanın maraqlarına uyğun olan model – regional əməkdaşlıq və nəzarətdir, supergüclərin rəqabət meydanı deyil. Paşinyanın belə bir memorandum imzalaması ehtimalı var, amma bu addım onun öz hakimiyyətini sarsıdar və Azərbaycan-Ermənistan münasibətlərini yenidən qəliz fazaya sala bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 23 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 son xeberler azerbaycan cəbhədən canlı xeber.az