"Paşinyan bunu etsəydi, Qarabağ indi də bizim idi" - Beniamin Matevosyan
"Ermənistan hakimiyyətinin sülhlə bağlı təbliğat tezisləri daxili auditoriya üçün nəzərdə tutulmuşdu".
KONKRET.az xəbər verir ki, bunu politoloq Beniamin Matevosyan deyib:
"Son proseslər göstərdi ki, Nikol Paşinyan siyasi baxımdan tam iflasa uğrayıb. Əslində isə heç bir sülh prosesindən söhbət getmir. Azərbaycan Qarabağ məsələsini öz xeyrinə həll edib, indi Bakının hədəfi Zəngəzur dəhlizinin reallaşdırılmasıdır. Paşinyan Azərbaycanın planlarından xəbərdardır".
Matevosyan bildirib ki, Ermənistan faktiki olaraq öz imzasını 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan geri götürüb: "Praqadakı bəyanatdan sonra davamlı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənəddə Paşinyanın imzasının olmadığı deyilirdi. Amma sonrakı hadisələr göstərdi ki, Paşinyan öz öhdəliyini yerinə yetirib. Paşinyan Qranada görüşündə də Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan sənədə imza atmaqla öz mövqeyini bir daha təsdiq etdi. Matevosyan əmindir ki, eyni vəziyyət indi Ermənistanın Üçtərəfli Bəyanat çərçivəsində imzasının ləğvi kontekstində də müşahidə olunur. Onun sözlərinə görə, Üçtərəfli Bəyanatda 9-cu bənd də daxil olmaqla, erməni tərəfinin öz xeyrinə çevirə biləcəyi müddəalar var idi: "Unutmayaq ki, 9-cu bənd, ümumiyyətlə, bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. Amma Paşinyan nəzarət funksiyalarını Rusiya tərəfinə verməkdən imtina etdi".
Politoloq erməni xalqının Paşinyanın Qərbyönlü siyasətindən əziyyət çəkdiyini bildirib: "Ermənistan Rusiya platformasında qalsaydı, Qarabağ indi də bizim idi".
Vəli Həsənov,
KONKRET.az

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR