Paşinyan: "İstisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi HESAB EDİR" - VİDEO
İstisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edirlər.
KONKRET.az xəbər verir ki, bunu oktyabrın 29-da hakim "Vətəndaş müqaviləsi" partiyasının qurultayında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Qərb dövlətlərinin irəli sürdüyü təkliflər də qəbuledilməz deyil.
"Variantlardan birinə görə, belə təklif olunur: Qarabağ məsələsinə çox da bağlı qalmayaq. Əslində biz bu status-kvonu nəzərdən keçirəcəyik və Ermənistan-Azərbaycan münasibətləri məsələsini həll edəcəyik. Başqa bir yanaşma Qarabağ probleminin həllidir. Burada sual yarana bilər: tərəflərdən hansı Qarabağı Azərbaycanın bir hissəsi hesab edir, hansı isə belə hesab etmir?
Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.
Dünyada Qarabağı Azərbaycanın bir hissəsi hesab etməyən dövlət varsa, bunu açıq elan etsinlər. Qoy heç kimdə vəziyyətin fərqli olduğu illüziyası olmasın", – deyə Paşinyan fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü