Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq

Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaqSərhədi keçərək Şaki kəndinə daxil olan Azərbaycan Ordusunun hərbçisi müəyyən müddət Ermənistanda qalacaq.
"Sputnik Armenia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə sualları cavablandırarkən bildirib.
O qeyd edib ki, baş verən hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir.
Paşinyanın sözlərinə görə, hadisə zamanı yaralanan Ani Avetyan adlı kənd sakini polis əməkdaşlarının gəlməsini gözləsəydi, bütün bunlar baş verməzdi.
"Hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıb. Onlar evdə tanımadıqları şəxsi görərək bu barədə analarına məlumat veriblər. Bundan sonra qadın polisə zəng edib, lakin özü də hadisə yerinə getmək qərarına gəlib və polis əməkdaşlarından əvvəl oraya çatıb", - o qeyd edib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bəzi sosial media səhifələrində Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə xəbərlər yayıldığı qeyd olunub.
"Bildiririk ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılmış, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilmişdir.
Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilmişdir.
Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir", - Baş Prokurorluğun məlumatında deyilir.
///apa.az/// / azxeber.com

Siyasi       Tarix: 07 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İraq prezidentini təbrik etdi

Prezident İlham Əliyev İraq Prezidenti Nizar Amidini milli bayram münasibətilə təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli cənab Prezident,. İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızd

Misir Mərdanov 'Şərəf' ordeni almasından DANIŞDI

Xəbər verdiyimiz kimi, Misir Cümail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Misir Mərdanov Azərbaycan Respublikasının ictimai-siyas

İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. xəbər verir ki, səfir etimadnaməsin

İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifovu təbrik edib. xəbər verir ki, dövlət başçısı idmançı ilə görüşü zamanı onun qələbəsinin Azərbaycan xalqını sevindirdiyini bildirib. "Bütü

İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlətimizi

Bu gün Azərbaycanın siyasi tarixini dəyişən gündür – Heydər Əliyev faktoru... 

Bu gün Azərbaycan siyasi tarixinin ən mühüm tarixlərindən biridir. 33 il əvvəl, 3 oktyabr 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarix təkcə növbəti prezident seçkisinin keçirildiyi gü

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiy

3 oktyabr – Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş: "Ölkənin milli birliyə ehtiyacı var idi"

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müstəqillik tarixində mühüm siyasi hadisələrdən biri hesab olunur. Həmin dövrdə Azərbaycan mürəkkəb hərbi-siyasi vəziyyət

Türkiyədə özünü Azərbaycanın "dostu" adlandıranlar niyə susur?

Türkiyədə vaxtaşırı Azərbaycana qarşı kampaniyalar baş qaldırır. . Hər dəfə sanki bir dalğa olur, müxtəlif səviyyələrdə Azərbaycan əleyhinə aksiyalar təşkil edilir. Ölkəmizlə yanaşı, Türkiyə iqtisadiyyatına milyardlarla sərmay


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun sou biznes sosial yardim ən son xəbərlər