Paşinyan silah şöbəsinin rəisindən keçmiş "baş çekist"ə qarşı istifadə etmək niyyətindədir

Paşinyan silah şöbəsinin rəisindən keçmiş "baş çekist"ə qarşı istifadə etmək niyyətindədir Paşinyan silah şöbəsinin rəisindən keçmiş "baş çekist"ə qarşı istifadə etmək niyyətindədir
Ermənistan hakimiyyətinin siyasi opponentlərə qarşı təqibləri, təzyiqləri davam edir.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) Silah şöbəsinin rəisi Artak Torosyan saxlanılıb.
Ondan sabiq MTX rəisi və müxalif "Hayrenik" partiyasının sədri Artur Vanetsyana qarşı yalan şahidlik etməsi tələb olunub.
Ermənistanın "Hraparak" qəzeti yazır ki, A.Vanetsyan qanunsuz silah saxlamaqda ittiham olunur. Lakin məsələnin absurd olması ordan irəli gəlir ki, həmin silah MTX anbarında tapılıb.
MTX-nın sabiq rəisi A.Vanetsyan bildirib ki, son səkkiz ay ərzində fəal siyasi fəaliyyətini dayandırmaq üçün hakimiyyət ona qarşı cinayət təqibini hər vasitə ilə həyata keçirir.
Hüquq müdafiəçisi Arsen Babayan yazıb ki, A.Vanetsyana qarşı siyasi təqib həyata keçirilir.
Ermənistanın baş naziri Nikol Paşinyanın əl altındakı hüquq-mühafizə sistemi uzun müddətdir bir şeyi sübut edir: onun əsas funksiyası müxalif siyasi qüvvələrin nümayəndələrini sifariş əsasında təqib etməkdir.
İctimai fəallardan biri, Ermənistanda tez-tez aksiyalar təşkil edən Manuel Manukyanın təşəbbüsü ilə bir illik kredit fasiləsini tələb edən onlayn aksiya başladılıb.
İctimai fəal Manuel Manukyan yazır ki, Ermənistanda demokratiya, azadlıq, söz azadlığı, sərbəst toplaşma azadlığı, insanların şikayət etmək hüququ yoxdur.
Xatırladaq ki, A.Vanetsyan 2019-cu ilin sentyabrında MTX rəisi vəzifəsindən istefa verib.
O, istefasından sonra bəyanatla çıxış edərək, bu vəzifədə qalmasını "zabit şərəfi ilə uyğun gəlməyən" məsələ adlandırıb.
Eyni zamanda, istefasının "ayıldıcı mesaj" olduğunu vurğulayıb.
Bundan sonra onunla baş nazir Nikol Paşinyan arasında siyasi qovğalar başlayıb. /oxu.az

Siyasi       Tarix: 05 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun