Paşinyan təzyiq altındadır, ona görə də sülh danışıqlarını yubadır - ŞƏRH

Paşinyan təzyiq altındadır, ona görə də sülh danışıqlarını yubadır - ŞƏRHÖtən il Ermənistanın Rusiya ilə münasibətlərində ciddi gərginlik hiss edilsə də, ilin sonunda bir qədər yumuşalma müşahidə olundu. Nikol Paşinyanın Qərbyönümlü siyasəti Moskvada qıcıq yaradır, Ermənistan isə öz bildiyini edirdi. Paşinyan Qərbin diktəsi ilə Rusiyanın regiondan çıxarılmasına tələsirdi. Təbii ki, Ermənistan Qərb tərəfdaşları qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.
Rusiyanın patronajlığıyla keçirilən iclas və sammitləri baykot edən Ermənistanın Baş naziri Avropa Parlamentində Rusiyanı ittiham etməkdən də çəkinməyib. Hadisələrin sonrakı inkişafı göstərdi ki, Ermənistanın Rusiyadan tamamilə qopmaq cəhdi sadəcə siyasi manipulyasiyadır. İndi rəsmi İrəvan bildirir ki,  Rusiya əleyhinə heç bir bəyanat səsləndirilməyib və onlar ruslarla əməkdaşlığı davam etdirməyə hazırdırlar.
Rusiyalı ekspertlər Ermənistanın bu davranışını Paşinyanın ümidsiz vəziyyətə düşməsiylə əlaqələndirirlər. Onlar hesab edirlər ki, Ermənistanın Baş naziri artıq Qərbin ermənilərə kömək edə biləməyəciyini dəqiqləşdirib və ona görə də mövqeyini dəyişib. İndi Ermənistanı tərk edilmiş, unudulmuş dövlət kimi xarakterizə edənlər Paşinyanın halına acıyır və onun bir-birinin ardınca buraxdığı səhvləri təhlil edirlər.
Amma Fransanın Ermənistandan əl çəkmək fikiri yoxdur və regiona daxil olmaq üçün "erməni kartı"ndan sona qədər istifadə etmək niyyətindədir. Azərbaycana təzyiq, düşmən ölkənin silahlandırılması, Ermənistanda Avropa İttifaqının müşahidə missiyasının sayının artırılması ilə Fransa öz planlarını həyata keçirməkdə israrlıdır. İndi Qərb Ermənistanı Rusiyaya qarşı qoymaqla regionda öz maraqlarını təmin etməyə çalışır.
Ekspertlər hesab edirlər ki, erməni cəmiyyəti Paşinyanın ikili siyasətindən yorulub. Rusiyadan birdəfəlik üzülüşə bilməyən Ermənistanın eyni anda iki stulda oturmaq cəhdi siyasi naşılıqdır və və bu siyasət Ermənistana xeyir verməyəcək. Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan Qərb, əslində, həmin yola Rusiya sərhədçilərinin nəzarət etməsinin əleyhinədir. Digər məsələ isə sülh gündəliyi ilə bağlıdır. Burada da Paşinyan iki yol ayrıcında qalıb.
İrəvana ciddi təzyiqlər var və ona müqaviləni onların şərtləri altında bağlamaq təklif edilir. Başını itirən Paşinyan isə danışıqları yubatmaqla məşğuldur.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 26 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 cəbhədən ən son xəbər xeberler qarabag