Paşinyan Tovuz sınağından üzüqara çıxdı: 13 vəzifəli şəxsi qurban verdi - TƏHLİL

Paşinyan Tovuz sınağından üzüqara çıxdı: 13 vəzifəli şəxsi qurban verdi - TƏHLİLPaşinyan Tovuz sınağından üzüqara çıxdı: 13 vəzifəli şəxsi qurban verdi - TƏHLİL
Ermənistanın sərhədin Tovuz istiqamətində təxribatlarına Azərbaycan Ordusu layiqli cavab verdikdən sonra rəsmi Yerevanın yeni işğalçılıq siyasəti döyüş cəbhəsində fiasko ilə nəticələndi.
Bundan sonra Ermənistanın beynəlxalq təşkilatların gözündə yüksəlmək istəkləri də məğlubiyyətə düçar oldu, dünya ölkələri birmənalı olaraq Azərbaycana dəstək nümayiş etdirdi.
Döyüş zonasında və diplomatik müstəvidə məğlub duruma düşən Ermənistana daha bir güclü zərbə informasiya cəbhəsindən gəldi – düşmənin guya Qaraqaya yüksəkliyini alması barədə bütün iddialar Azərbaycan mediasının gücü sayəsində sarsıdıcı formada təkzib olundu.
Bu hadisələrin ardınca isə azərbaycanlıların ABŞ-ın Los-Anceles şəhərində, Avropanın siyasi mərkəzi, Belçikanın paytaxtı Brüsseldə və digər bir neçə ölkədə dinc etiraz aksiyaları keçirməsi erməni diasporunu və Ermənistan hakimiyyətini daha da aqressivləşdirdi.
Məhz bu səbəbdəndir ki, etiraz aksiyalarında ermənilər azərbaycanlılara qarşı vandallıq aktı törədir və həyasızcasına bütün məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yıxmağa çalışırlar.
Ancaq Ermənistan hakimiyyətinin və diplomatiyasının hərəkətverici qüvvəsi olan erməni diasporunun da planları iflasla nəticələnir.
Erməni diasporu özünün sayəsində vəhşi obrazını dünyaya tanıdır, bu isə özünü sülhsevər biri kimi göstərən Ermənistan Baş naziri Nikol Paşinyanın riyakarlığını üzə çıxarır.
Düzdür, N.Paşinyanın sülhsevər yox, məhz işğalçı mahiyyəti ilk dəfə deyil ki, qarşımıza çıxır. Bundan əvvəl də o, dəfələrlə sülhdən danışsa da, verdiyi bəyanatların barışıq doktrinası ilə daban-dabana zidd olduğunu nümayiş etdirib.
Bu dəfə isə Paşinyan ifşa olunduğunu görüb hirsini Ermənistanın Diasporla İş üzrə Komissarlığından çıxıb.
N.Paşinyan erməni diasporunun uğursuzluğundan sonra imzaladığı əmrlərlə Diasporla İş üzrə Komissarlıqda təmizləmə əməliyyatlarına start verib, yüksək vəzifəli şəxslər də daxil olmaqla 13 nəfər vəzifəsi ilə vidalaşmalı olub.
Ermənistan Baş nazirinin qərarları ilə Avropadakı Erməni İcmaları İdarəsinin müdiri Karen Avanesyan, Qərbi Avropa İcmaları ilə əlaqələr şöbəsinin müdiri Natalya Danielyan, Cənubi Amerika və Avstraliyada icmalarla əlaqələr şöbəsinin müdiri Gohar Sahakyan, Diasporun Potensialının qeydiyyatı və alanitik informasiya idarəsinin müdiri Vaginak Vardanyan vəzifələrindən azad olunub.
Bundan əlavə, repatriasiya və tədqiqat şöbəsinin müdiri Qriqor Arşakyan, tədqiqatlar şöbəsinin müdiri Eliz Gevorgyan, bütün ermənilər, beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan, ermənipərəst və beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Anahit Davtyan, Yaxın və Orta Şərqdəki erməni icmaları ilə iş şöbəsinin müdiri Levon Antonyan da vəzifələrini itirib.
Dost Diasporlarla əlaqələr şöbəsinin müdiri Taron Şagoyan, Erməni Apostol Kilsəsi və digər kilsə quruluşları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Sirvard Hambaryan, eləcə də Rusiya, Belarus, Ukrayna və Moldovadakı icmalarla iş şöbəsinin müdiri Edqar Ovsepyan da işdən azad olunanlar arasındadır.
Bu, erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığının, Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qalmasının göstəricisidir.
Nə Ermənistan, nə də erməni diasporu Tovuz döyüşlərindən sonra Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləyirdi.
İki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər, bir daha aqressivlik və vəhşiliklə yadda qaldılar. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar.
Bu isə həm Ermənistandakı erməniləri, həm də Paşinyanın özünü əsla qane edə bilməzdi. Paşinyan bugünlərdə içdən yaşadığı psixoloji məğlubluq durumunu üstələmək və həm də Ermənistan ictimaiyyətindəki narazılığı bir az səngitmək üçün Diaspor Komissarlığının şöbə müdirlərini "günah keçiləri" kimi qurban verdi.
Ermənistanın "Past" nəşrinin yazdığına görə, Paşinyanın Diaspor Komissarlığını hədəfə almasının səbəbi qurumun fəaliyyətinin qeyri-effektivliyi ilə bağlıdır.
"Diasporla İş üzrə Komissarlıq Ermənistanla Azərbaycan arasında olan son qarşıdurmalarda böyük erməni diasporlarının olduğu ölkələrdə kifayət qədər passivlik nümayiş etdirib", - deyə qəzet yazıb.
"Past" bildirib ki, qurumun rəhbəri Zare Sinanyanın özü isə sanki yerin altında gizlənib.
Baş nazir N.Paşinyanı Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsi də bərk qəzəbləndirib.
Qəzetin məlumatına görə, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.
Hadisələrin gedişatı göstərir ki, Paşinyan Diaspor Komissarlığından köhnələri qovmaqla onların yerinə, daha hiyləgər olan və daha məhsuldar işləyən şəxsləri təyin edəcək.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 02 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun