Paşinyan Türkiyə ilə münasibətləri niyə normallaşdırmaq istəyir? - AÇIQLAMA

"Nikol Paşinyan ilk dəfə deyil ki, Türkiyə ilə münasibətlərin normallaşması məsələsinə toxunur. O inqilab yoluyla hakimiyyəti ələ keçirdikdən bir neçə ay sonra da qeyd-şərtsiz Türkiyə ilə münasibətlərin normallaşdırmağa hazır olduğunu bildirirdi. Ancaq Ankaranın şərti bəlli idi – Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımalı və ərazi iddialarından vaz keçməlidir".
Bu sözləri Azxeber.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
O, qeyd edib ki, Paşinyan özünü sülhpərvər və danışıqlara meylli kimi göstərməyə çalışır:
"Paşinyandan əvvəlkilər də bunu etmədilər, onun özü də Qarabağ müharibəsində məğlubiyyətinə rəğmən, iki qonşusunun ərazi bütövlüklüklərini tanımağa tələsmir. Belə olan halda onun çağırışları nəticəsiz qalacaq.
Buna baxmayaraq, Paşinyan özünü sülhpərvər və danışıqlara meylli kimi göstərməyə çalışır. Birincisi, Paşinyan deyir ki, Azərbaycan prezidenti ilə görüşməyə hazırdır. İkincisi, uzun fasilədən sonra kommunikasiya xətlərinin açılması məqsədilə Moskvada üçtərəfli komissiyanın işinə razılıq verib. Üçüncüsü, Paşinyan Türkiyə ilə barışığa çağırır".
Paşinyan Türkiyə ilə münasibətləri niyə normallaşdırmaq istəyir? - AÇIQLAMAElxan Şahinoğlu bildirib ki, Paşinyan əvvəl də bu məsələyə toxunaraq cəmiyyətin nəbzini yoxlayırdı:
"Paşinyan müharibədən sonra nazirləri vasitəsilə də Türkiyəyə sülh çağırışları edirdi. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri müharibədə məğlubiyyətdən sonra demişdi ki, artıq Türkiyə ilə sərhədin açılmasına heç nə mane olmur. Yəni erməni nazir bununla faktiki demək istəmişdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edibsə, demək Türkiyənin əsas şərti yerinə yetirilib və sərhəd açıla bilər. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsində "Türkiyə ilə münasibətlərə yanaşmada dəyişiklik etmək lazımdır" ifadəsini səsləndirmiş və bu açıqlama sosial şəbəkələrdə və yerli mediada qalmaqala səbəb olmuşdu. Armen Qriqoryan, jurnalistin "Ermənistan Türkiyəni düşmən ölkə hesab edirmi?" sualına belə cavab vermişdi: "Əgər biz regionun blokadadan azad edilməsinə gediriksə, bizim yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir və biz bu istiqamətdə işləyirik". Daşnaksutyun partiyasının tərəfdarları bu açıqlamalara görə Ermənistan Təhlükəsizlik Şurası binası qarşısında etiraz aksiyası keçirmişdi.
Aydın idi ki, Paşinyan Armen Qriroryan vasitəsilə cəmiyyətinə mesaj göndərir və bu yolla cəmiyyətinin Türkiyə ilə münasibətlərin nizamlanması məsələsinə nəbzini yoxlayırdı.
Paşinyan bu ilin mart ayında Armavir vilayəti sakinləri ilə görüşündə özü də eyni mövzuda çıxış etmişdi: "Biz, region ölkələri, gərək qarşılıqlı əlaqələrimizə münasibətimizi bütövlüklə yenidən qiymətləndirək. Bu yeni situasiyada biz qarşımıza tapşırıq qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın. Çünki siz bilirsiniz ki, bizim Rusiyaya və İrana dəmiryollarımız Azərbaycandan keçir. Biz anlamalıyıq ki, belə ola bilməz ki, bizim onların ərazisindən keçən yolumuz olsun, onlara isə bizim ərazimiz üzərindən yol verilməsin. Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik".
Politoloq onu da qeyd edib ki, Parlament seçkisi arxada qaldığına və Paşinyan yenidən mövqelərini möhkəmləndirdiyinə görə, o qonşularla normal münasibətlərin yaradılması mövzusuna yenidən qayıdıb:
"Paşinyan parlament seçkiləri vaxtı bu mövzuya qayıtmadı ki, ermənilərin səslərini itirməsin. Parlament seçkisi arxada qaldığına və Paşinyan yenidən mövqelərini möhkəmləndirdiyinə görə, o qonşularla normal münasibətlərin yaradılması mövzusuna yenidən qayıdıb. Ancaq bunun üçün açıqlama vermək azdır, Paşinyan ən azı iki addım atmağa hazır olmalıdır. Birincisi, kommunikasiya xətlərinin açılması proseduruna start verməlidir. İkincisi isə, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi və sülh sazişi istiqamətində danışıqlara başlamalıdır".
Aydın Nuri

Siyasi       Tarix: 19 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az cəbhədən son durum bu gunun xeberleri haqqinda melumat son xeberler bugun 2026 azerbaycan