Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR
24–25 iyun tarixlərində Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Forumunda iştirak edən Ermənistanın Rusiyanın təcavüzündən əziyyət çəkən ölkə ilə bağlı hansı addımlar atacağı suallar doğururdu. Üstəlik, Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamış, şəhər və kəndləri yer üzündən silmiş Ermənistanın belə bir beynəlxalq platformada görünməsi ironiya ilə qarşılandı. Məlum olduğu kimi, rəsmi İrəvanı Polşadakı tədbirdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edib.
Bu gün isə Ermənistanın Ukraynanı bərpa prosesində verdiyi "töhfə" aydın olub.
KONKRET.az bildirir ki, baş nazir Nikol Paşinyan İrəvandakı "Kiyev" körpüsünün təmiri ilə bağlı göstəriş verib və şəxsən həmin ünvana gəlib.
Paşinyanın bu barədə sosial şəbəkə hesabındakı paylaşımı birmənalı qarşılanmayıb. Ayrı-ayrı sosial şəbəkə istifadəçiləri təmir işlərini həyata keçirən səlahiyyətlilərə rişxənd ediblər, körpüdə ciddi problemlərin olduğunu vurğulayıblar.
Qeyd edək ki, Kiyev körpüsü 1956-cı ildə İrəvanın baş memarı (1950-1959) Qriqor Ağababyanın layihəsi əsasında tikilib.
Belə məlum olur ki, Paşinyan Ukraynanın bərpası deyərkən İrəvandakı "Kiyev" körpüsünün təmirini nəzərdə tuturmuş.
Yeri gəlmişkən, bu körpü Ermənistanda "intihar körpüsü" kimi tanınır. İl ərzində onun üzərindən tullanmaqla öz həyatına qəsd edən vətəndaşlarla bağlı qorxunc statistika mövcuddur.



Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK