"Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərindən rəsmən imtina edir" - Rusiyalı politoloq
Paşinyan Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməkdən imtina edir.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko öz sosial şəbəkə hesabında yazıb.
O, hesab edir ki, şənbə günü verdiyi açıqlama Ermənistanın baş nazirinin vədləri yerinə yetirməkdən imtina etdiyini göstərir.
"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı çərçivəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvanın öhdəlikləri var. Paşinyan üçtərəfli bəyanatın bəndinə əməl etməkdən imtina etdiyini rəsmən açıqlayıb" – deyə Korotçenko əlavə edib.
Xatırladaq ki, şənbə günü Paşinyan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək üçün Ermənistan ərazisindən dəhlizin yaradılmasını istisna edib.
Günel Mikayılova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü